Bu gün Kənd Təsərrüfatı Nazirliyi yanında “Aqrolizinq” ASC Biləsuvar rayonunun Ağayrı kəndində azot gübrəsinin güzəştli şərtlərlə satışını həyata keçirib.
Bu barədə nazirlikdən bildirilib.
Məlumata görə, satışdan bütün ətraf kəndlər yararlanıb. Vətəndaşlar tələb olunan sənədləri təqdim etməklə 70% güzəştdən yararlanaraq mineral gübrə əldə ediblər. Ümumilikdə, 16 kənd üzrə 94 vətəndaş müraciət edib, onlardan 57-nə 40,1 ton ammonium nitrat gübrəsi satılıb.
Xatırladaq ki, sabah Saatlı rayonunun Çolpı kəndində mineral gübrələrin güzəştli şərtlərlə növbəti səyyar satışı keçiriləcək.