Beynəlxalq Ədalət Məhkəməsinin qərarına əsasən İsrailin Fələstin torpaqlarında məskunlaşma siyasəti beynəlxalq hüququn pozulmasıdır.
Qerbxeber.com xəbər verir ki, bu barədə “Sky News“ məlumat yayıb.
Məhkəmə hesab edir ki, bu siyasət və hərəkətlər işğal olunmuş Fələstin ərazisinin böyük bir hissəsinin ilhaqına bərabərdir.
“İsrailin bu ərazilərdə mövcudluğunu davam etdirməsi qeyri-qanunidir və mümkün qədər tez sona çatmalıdır,”- məhkəmənin qərarında deyilir.
Məhkəmə həmçinin hesab edir ki, İsrailin hərəkətləri fələstinlilərin öz müqəddəratını təyinetmə hüququnu pozur