Rusiyanın Belqorod şəhərində qismən dağılmış hündürmərtəbəli binanın dağıntılarının təmizlənməsi işləri yekunlaşıb.
Qerbxeber.com xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
“Belqorod şəhərində axtarış-xilasetmə əməliyyatları və dağıntıların təmizlənməsi başa çatıb. 17 nəfəri xilas etmək mümkün olub. Təəssüf ki, dağıntılar altından 15 nəfərin cəsədi çıxarılıb”, – nazirlikdən bildirilib.