“Rusiya-Ukrayna münaqişəsinin sülh yolu ilə həlli üçün Ukraynanın NATO-ya üzvlüyü vacib deyil”.
Qerbxeber.com məlumatına görə, bunu ABŞ Prezidenti Co Bayden “TIME” jurnalına müsahibəsində deyib.
O bildirib ki, hətta Ukrayna alyansın üzvü olmasa belə rəsmi Vaşinqton adıçəkilən ölkəni silahlandırmağa davam edəcək.
Ağ Evin rəhbəri Ukrayna ilə Rusiya arasında sülh perspektivindən də danışıb.
“Sülh o deməkdir ki, Rusiya artıq heç vaxt Ukraynanı işğal etməyəcək. Ukraynaya silah-sursatın göndərilməsi bu ölkənin nə vaxtsa mütləq şəkildə Şimali Atlantika Alyansına üzv olacağı anlamına gəlməməlidir. Biz bu silahları ona görə göndəririk ki, ordu özünü müdafiə edə bilsin. Xatırlayırsınızsa, mən çıxışlarımdan birində demişdim ki, Ukraynanın NATO-ya üzvlüyünü dəstəkləməyə hazır deyiləm”, – deyə Bayden fikirlərini tamamlayıb.