“Rusiya Ukraynada apardığı müharibəni artıq uduzub”.
“Qərb Xəbər” xarici KİV-lərə istinadən xəbər verir ki, bu sözləri ABŞ prezidenti Co Bayden Yaponiya və Cənubi Koreya liderləri ilə üçtərəfli görüşdən sonra bildirib.
ABŞ prezidenti Vladimir Putinin Ukraynanın işğalı ilə bağlı arqumentlərini “gülünc” adlandıraraq deyib ki, Rusiya ilkin məqsədinə nail ola bilmədiyi üçün Ukraynadakı müharibəni artıq uduzub.
Onun sözlərinə görə, Rusiya Federasiyasının Ukraynaya təcavüzü təkcə Avropanın problemi deyil, İkinci Dünya Müharibəsindən bəri belə bir işğal olmayıb və buna görə də məsələ bütün dünyanın problemidir.