Dünya

Bayden Kobaxidze ilə görüşdən imtina etdi-Gürcüstanın münasibəti

26 sentyabr / 13:05 1 dəq
Tbilisi
26 sentyabr / 13:05
Burada sizin reklamınız ola bilər

ABŞ hakimiyyətinin Baş nazir İrakli Kobaxidzenin Co Baydenlə görüş dəvətini ləğv etmək qərarı anlaşılmazdır.

Qerbxeber.com  Axar.az-a istinadən xəbər verir ki, bunu Gürcüstan xarici işlər naziri İlya Darçiaşvili deyib.

“Bu dəvətin ləğvi bizim üçün anlaşılmaz idi. Biz həmişə strateji tərəfdaşlarımızla çox yaxından işləməyə və mövcud məsələləri müzakirə etməyə hazır olduğumuzu bildirmişik.

Bəzi hallarda bunlar bizim fərqli baxışlarımız olan məsələlər ola bilər, lakin biz həmişə strateji tərəfdaşdan açıq və səmimi söhbət gözləyirik”, – XİN başçısı bildirib.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı