Amerika lideri Co Bayden həmvətənlərini prezident seçkilərində ABŞ-nin vitse-prezidenti Kamala Harrisi dəstəkləməyə çağırıb.
Qerbxeber.com xəbər verir ki, Bayden bunu seçki yarışından çəkilmə qərarına həsr olunmuş xalqa xüsusi müraciəti zamanı deyib.
“Cəmi bir neçə aydan sonra amerikalılar Amerikanın gələcək kursunu seçməli olacaqlar. Mən seçimimi etdim, fikrimi bildirdim. Vitse-prezidentimiz Kamala Harrisə təşəkkür etmək istərdim. Harris layiqli namizəddir”, – Prezident vurğulayıb.