Qərb Xəbər
No Result
View All Result
Radio Qərb
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV
No Result
View All Result
Qərb Xəbər
Radio Qərb

Baş nazir: “Azərbaycanda təbii qaza tələbat təqribən 14 milyard kubmetrdir”

5 gün ago
A A
qaz-tebii

Azərbaycanda təbii qaza olan daxili tələbat təqribən 14 milyard kubmetr təşkil edir.

“Qərb Xəbər” xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov parlamentin martın 17-də keçirilən plenar iclasında hökumətin 2022-ci ildəki hesabatının müzakirəsi zamanı səsləndirilən təkliflərə cavab olaraq deyib.

“Azərbaycan kifayət qədər yüksək qiymətlə qaz idxal edir. Bununla yanaşı özü də ixrac edir. Bu, bazar iqtisadiyyatıdır”, – Baş nazir əlavə edib.

Qeyd edək ki, Azərbaycan 2022-ci ildə 1 milyard 016 milyon 423,6 min kubmetr həcmində təbii qaz idxal edib, bu da illik müqayisədə 2 dəfə artım deməkdir. Azərbaycanın idxal etdiyi qazın dəyəri 130 milyon 634,12 min ABŞ dolları təşkil edib, bu da 2021-ci ilin göstəricisi ilə müqayisədə 6,7 dəfə çoxdur.

Azərbaycanın idxal etdiyi qazın böyük hissəsi (84,3%-i) – 857 milyon 066,65 min kubmetr (110 milyon 871,38 min ABŞ dolları) Türkmənistanın, qalan hissəsi isə Rusiya (həcmi – 93 milyon 265,8 min kubmetr, dəyəri – 17 milyon 254,17 min ABŞ dolları) və İranın (həcmi – 66 milyon 091,19 min kubmetr, dəyəri – 2 milyon 508,56 min ABŞ dolları) payına düşüb.

2022-ci ildə Azərbaycan 18 milyard 965 milyon 213,4 min kubmetr qaz ixrac edib ki, bu da 2021-ci ilin göstəricisindən 5,4 % azdır. Bu dövrdə qaz ixracından 14 milyard 989 milyon 675,87 min ABŞ dolları məbləğində gəlir (artım 2,7 dəfə) əldə edilib.

2022-ci ildə ixracın əsas həcmi – 11 milyard 45 milyon 320,12 min ABŞ dolları məbləğində 8 milyard 210 milyon 720,07 min kubmetr qaz (bütün ixracın 43,3 %-i) İtaliyanın payına düşüb. Azərbaycan həmçinin Türkiyəyə, Gürcüstana, Bolqarıstana, Yunanıstana, İrana təbii qaz tədarük edib.

Son xəbərlər

1670569080

Geosiyasi güc mübarizəsinin başqa adı: “Dəhlizlər” və “Kənar qurşağı”

23 Mart 2023
maria zakharova- mariya zaxarova

Rəsmi Moskva Azərbaycan və Ermənistanı danışıqları bərpa etməyə çağırdı

23 Mart 2023
vladimir putin

Medvedev: “Putini həbs etmək Rusiyaya qarşı müharibə elan etməkdir”

23 Mart 2023
rd-bild-u-aqlar-aras-nda-z-rbaycan-dilind-kitablar-paylan-b-0-1679555074

Ərdəbildə uşaqlara Azərbaycan dilində kitablar paylanıb

23 Mart 2023
ea9be361-2b5c-3129-939c-4bc7771c70cd_850

Azərbaycanlı deputat: “Fransa XİN başçısınnın gələcəyi varsa, görəcəyi də var”

23 Mart 2023
logo-footer-ag

Saytımız 2017-cı ildə “Bölgənin səsi” olaraq yaradılıb, daha sonra rebrendinq edərək “Qərb Xəbər” kimi işinə davam edib. Redaksiya Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy rayonlarını əhatə edir, burada baş verən hadisələri, coğrafiyanın sosial problemlərini, müxtəlif insan hekayələrini xəbər, analitik yazı, müsahibə, açıqlama və reportaj şəklində işıqlandırır.

Məqsədimiz regionda media-platformanın köməyi ilə əhalinin informasiya almaq hüquqlarından istifadə etməsinə yardımçı olmaq, eyni zamanda vətəndaş cəmiyyətinin gücləndirilməsinə və yerli icmaların qərarların qəbulu prosesində iştirak etməsinə dəstək verməkdir! Biz media qurumu olaraq vətəndaş təşəbbüslərinin stimullaşdırılmasını dəstəkləyirik. Devizimiz budur ki, təşəbbüs inkişafın təməlidir!

Hazırda “Qərb Xəbər”in milyon yarımlıq əhatə dairəsi var…

2022-ci ildə redaksiya daha bir yeniliyə imza ataraq “Qərb Radio”nu yaradıb.

Biz ölkədə fəaliyyət göstərən bütün hüququ və fiziki şəxsləri saytımızda reklam yerləşdirməyə dəvət edirik!

© 2022 QərbXəbər – Developed by Arcod Technology

  • +994703208557
  • info@qerbxeber.com
No Result
View All Result
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV

© 2022 QərbXəbər - Developed by Arcod Technology.