“Ümid edirəm ki, NATO liderləri Ukraynanın Alyansa üzv olacağını təsdiq edəcək”.
“Qərb Xəbər” xarici KİV-ə istinadən xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq deyib.
O söyləyib ki, sammitdə üzv ölkələr qərarları ilə Ukraynanı daha da gücləndirəcək və gələcəklə bağlı baxışlarını ifadə edəcəklər.
Baş katib ümid edir ki, Alyans liderləri Ukraynanı NATO-ya yaxınlaşdıracaq üç elementdən ibarət paket üzərində razılığa gələcəklər:
“Birincisi, onlar Ukrayna ordusu ilə NATO arasında tam əməkdaşlığı təmin etmək üçün illik yardım proqramını razılaşdıracaqlar. Müttəfiqlər Ukraynaya yanacaq və dərman kimi əsas ehtiyaclar üçün 500 milyon avro verəcəklərini vəd edirlər”.
Y.Stoltenberq qeyd edib ki, ikincisi, onlar Ukrayna-NATO Şurasının yaradılması yolu ilə siyasi əlaqələri yaxşılaşdıracaqlar:
“Üçüncü, ümid edirəm ki, NATO liderləri Ukraynanın Alyansa üzv olacağını təsdiq edəcək və Ukraynanı məqsədinə yaxınlaşdırmaq məsələsində həmrəy olacaqlar”.
Qeyd edək ki, NATO sammiti iyulun 11-12-də Vilnüsdə keçiriləcək.