ABŞ Azərbaycan və Ermənistan arasında sülh danışıqlarını dəstəkləməyə davam edəcək.
“Qərb Xəbər” məlumat verir ki, bu sözləri ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller Azərbaycan tərəfinin ABŞ-da 20 noyabrda keçirilməsi nəzərdə tutulan görüşdən imtina etməsi ilə bağlı sualı cavablandırarkən deyib.
“Biz Ermənistan və Azərbaycan arasında problemlərin həlli üçün sülh danışıqlarını dəstəkləməyə davam edəcəyik. İstər burada, istərsə də başqa yerdə biz hər iki tərəfi bu danışıqlarda iştirak etməyə təşviq edirik. Bu, bizim siyasətimiz olaraq qalacaq”, – Miller bildirib.
Qeyd edək ki, rəsmi Bakı 2023-cü il noyabrın 20-də Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri səviyyəsində baş tutmalı olan görüşdən ABŞ-ın qeyri-adekvat addımlarına görə imtina edib.