Sentyabrın 26-da Bakıdan Xankəndinə növbəti humanitar yardım göndərilib.
“Qərb Xəbər” Qarabağ bürosunun məlumatına görə, 4 yük maşınından ibarət humanitar yardım Ağdam-Əsgəran-Xankəndi yolu ilə salınıb.
Yardıma 40 ton un, gigiyenik vasitələr, yataq dəstləri daxildir.
Həmçinin, növbəti təcili tibbi yardım maşını Xankəndi yaxınlığında yanacaqdoldurma məntəqəsində baş vermiş partlayış nəticəsində yaralanan şəxslərə tibbi ləvazimatlar aparır.