Elnur nemətov 4
Populyar, amma riskli diyet-Zülal Təzyiqi Altında… ELNUR NEMƏTOVDAN dəyərli tövsüyyələr
Ilhammmmmmmm
Prezident İlam Əliyev: Ukrayna vətəndaşlarına məsləhətim odur ki, heç vaxt işğalla barışmayın!
İlham aliyev shusa forum
Azərbaycan Prezidenti: Təyyarə qəzası ilə bağlı ilk növbədə Rusiya rəhbərliyi hadisəni etiraf etməlidir
Batmaq
Qazaxda Ukrayna vətəndaşı çayda boğuldu
Qərb Xəbər
No Result
View All Result
Radio Qərb
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
    • İdman
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb Xəbər TV
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
    • İdman
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb Xəbər TV
No Result
View All Result
Qərb Xəbər
Radio Qərb

Bakıda Qarabağ quran azərbaycanlılar

6 il ago
A A
1552295140 1552295088 1551689051 1

Hüseynbala Səlimov

Sizi bilmirəm, hər dəfə məcburi köçkünlərə – bəli, bizim qarabağlı köççünlərə mənzillər veriləndə mən ikili hisslər keçirirəm. Bir tərəfdən sevinirəm ki, nəhayət ki, bu insanlar da ağır, üzücü məişət iztirablarından qurtuldular, çünki uzun ilər özüm də onların arasında, eyni bir binada, lap açığı, ailəvi yataqxanada yaşamışam, bu adamların necə əziyyət çəkdiklərini yaxşı bilirəm.
O biri tərəfdən də bir azacıq narahatlıq da yaradır bu məndə, çünki məcburi köçkünləri Bakıda və digər rayonlarda yerləşdiririksə, deməli Qarabağ probleminin tezliklə həllinə ümid yoxdur və mənim kimi yaşı əllini keçmiş insanlara bunu düşünmək daha ağırdı – belə çıxır ki, biz bu Dünyadan nisgillə köçməli olacağıq….
Amma bir daha, təkrar deyirəm ki, köçkünlərin məişət şəraitini yaxşılaşadırmaq çox vacib işdir və bu səbəbdən bir az əvvəldə dedyim sözləri bunu inkar etmək kimi yozmayın.
O ki qaldı Dağlıq Qarabağ probleminə, əlbəttə, dövlət səviyyəsində mümkün olan hər şey edilir. Amma məsələ ilə bağlı daim daha artıq etməyə çalışmalıyıq, “çünki siyasət və diplomatiya mümkün olanın sənətidir” deyilsə də mən hər dəfə Qarabağı düşünəndə 60 -ci illərin Fransasının bir məşhur şüarı gəlib durur gözümün önündə: “Realist olun, mümkün olmayanı arzu edin və buna çalışın!”.
Biz də Dağlıq Qarabağ problemində “mümkün olmayanı” belə etməyə hazır olmalıyıq, o, mənada yox ki, problemin həlli mümkünsüzdür və biz daha Dağlıq Qarabağı heç bir vaxt qaytara bilməyəcəyik.
Şəxsən mən buna əmin olsam, bir sətir də belə yaza bilmərəm, yerimdəcə ürəyim partlayar, baxmayaraq ki, bəziləri belə bədbin təhlillərlə daha realist və hətta savadlı “politoloq” olduğunu gözə soxmağa çalışır, amma mən onlara münasibətdə “politoloq” sözünü böyük məmnuniyyətlə dırnaqda yazıram…
Əlbəttə, geosiyasi reallıqlar, yaxın–uzaq qonşuların bizim üçün yaratdıqları problemlər var, hətta onu da deyirəm ki, bizim özümümün də müəyyən qüsurlarımız, xətalarımız var ki, onlar bizə daha mütəşəkkil, daha bacarıqlı millət və cəmiyyət olmağa imkan vermir. Amma hər şey zamana bağlı məsələdir, hətta geosiyasi reallıqlar da əbədi, ya da müşkül deyil, onların da çarəsini tapmaq olar və İnşallah, tapacağıq da…
Sadəcə, daim yadda saxlamalıyıq ki, bizim boynumuza mümkün olmayanı həll etmək qisməti düşüb və İnşallah, həll edəcəyik də. Əsas odur ki, hamılıqla Qarabağı yadda saxlayaq, hamılıqla bu məsələdə nəsə etməyə cəhd edək. Bir daha deyirəm ki, dövlət səviyyəsində çox şeylər edilir, artıq çox məsələlər relsinə qoyulubdu, əvvəlki özfəaliyyətin yerini sistemli dövlət siyasəti tutubdur.
Amma ictimai sektorun da məsələni diqqətdə saxlaması çox, hətta olduqca lazımlı bir işdir. Odur, kimsə deyəndə ki, bu Dağlıq Qarabağ Komitəsi nədir, mən hətta bunu da bölüşmürəm, hərçənd, burada hansısa “oyun”ların getməsindən savayı bir şey eşitmirəm.
Bəli, baxmayaraq ki, bu qurumla bağlı yalnız struktur qalmaqalları haqqında eşidirik: birini qovur, o birisini gətirirlər, gah bu, gah da o biri hansısa “məxfi plan”dan danışır, qarşılıqlı ittihamlar baş alıb gedir. Olsun. Görünür ki, müəyyən ictimai kəsimin səviyyəsi budur. Halbuki hamı konkret təkliflər gözləyir, gözləyən, düşünənlər var ki, görək, bu adamlar nə edəcək, nələr deyəcəklər…
Bilirsiniz, bunu niyə deyirəm? Media əvvəlki operativliyini və məzmununu itirsə də hələki Dağlıq Qarabağ məsələsini gündəmdə saxlaya bilir, burada çox maraqlı təkilflər səslənir: çox təəssüf ki, məmurlarımızın bir hissəsinin bunlardan xəbəri olur, digər hissəsi hətta “media” deyilən şeyin nə olduğunu unudublar, ən yaxşı halda sosial şəbəkələri “izləyirlər” ki, görək, kim bizi söyür, yamanlayır? Amma hakim partiyaya aid olmayan, fəqət, söyüş söyməyən, konkret, konstruktiv fikirlər səsləndirən adamlar da var və onlar mediada arabir çox maraqlı təkliflərlə çıxış edirlər, o cümlədən də Qarabağ problemilə bağlı. Təşkilat lazımdır ki, bunları izləsin və ümumiləşdirsin və dövlətə təqdim etsin.
Amma ki, bunu görmürük; əvəzində umu-küsü, giley və yaxud da bitib-tükənməyən ittihamlar!
Böyük Sabirin bir misrasını necə yada salmayasan: “Ağladıqca kişi biqeyrət olur!”. Bəli, kişi həm də deyinəndə, ələlxüsus da, qeybət edəndə biqeyrət olur…
Odur ki, Bakıda və digər rayonlarda məcburi köçkünlər üçün salınan şəhərciklərə, xüsusən də ki, Bakıdakı Qarabağ adlı restoran və mağazalara baxanda düşünürsən ki, Qarabağa abidə qoymaq hələ çox tezdir, qardaşlar, heç lazım deyil, Qarabağı qaytarmaq, bəli, qaytarmaq lazımdır. Bunun üçünsə bəzi itirilmiş hisslər, duyğular, şüur-düşüncə və bir də vətəndaş məsuliyyəti qayıtmalıdır…
Via: qaynar

Son xəbərlər

Aeroport

Moskvanın hava limanları bağlandı-Ukrayna hücum etdi

20 İyul 2025
Tramp mertz

ABŞ-ın Ukraynaya yardımı davam etdirmək qərarı Almanya Kanslerinin təşəbbüşləri sayəsində baş tutub

20 İyul 2025
Obkomun binası

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin binasında Qələbə muzeyi yaradılacaq

20 İyul 2025
Piyada qəza

Göygöl rayonunda avtoqəza can aldı

20 İyul 2025
İlham aliyev shusa forum

Prezident İlham Əliyev:Beynəlxalq hüquq Azərbaycanla Ermənistan arasında etimadın zəmanəti olmalıdır

20 İyul 2025
Logo footer ag

Saytımız 2017-cı ildə “Bölgənin səsi” olaraq yaradılıb, daha sonra rebrendinq edərək “Qərb Xəbər” kimi işinə davam edib. Redaksiya Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy rayonlarını əhatə edir, burada baş verən hadisələri, coğrafiyanın sosial problemlərini, müxtəlif insan hekayələrini xəbər, analitik yazı, müsahibə, açıqlama və reportaj şəklində işıqlandırır.

Məqsədimiz regionda media-platformanın köməyi ilə əhalinin informasiya almaq hüquqlarından istifadə etməsinə yardımçı olmaq, eyni zamanda vətəndaş cəmiyyətinin gücləndirilməsinə və yerli icmaların qərarların qəbulu prosesində iştirak etməsinə dəstək verməkdir! Biz media qurumu olaraq vətəndaş təşəbbüslərinin stimullaşdırılmasını dəstəkləyirik. Devizimiz budur ki, təşəbbüs inkişafın təməlidir!

Hazırda “Qərb Xəbər”in milyon yarımlıq əhatə dairəsi var…

2022-ci ildə redaksiya daha bir yeniliyə imza ataraq “Qərb Radio”nu yaradıb.

Biz ölkədə fəaliyyət göstərən bütün hüququ və fiziki şəxsləri saytımızda reklam yerləşdirməyə dəvət edirik!

© 2022 QərbXəbər – Developed by Arcod Technology

  • +994703208557
  • info@qerbxeber.com
No Result
View All Result
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
    • İdman
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb Xəbər TV

© 2022 QərbXəbər - Developed by Arcod Technology.