Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Baş prokurorlarının 4-cü iclası keçirilir.
“Qərb Xəbər” bildirir ki, iclasda İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibinin müavini, Türkiyə, Özbəkistan, İran, Qazaxıstan, Qırğız, Tacikistanın Baş prokurorları, Türkiyənin Ədliyyə nazirinin və Türkmənistan Baş prokurorunun müavininin rəhbərlik etdikləri nümayəndə heyətləri, eləcə də Azərbaycanın İrandakı səfiri, eyni zamanda Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi Əli Əlizadə iştirak edirlər.
İclasda çıxış edən Baş prokuror Kamran Əliyev Təşkilatın 4-cü iclasının müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünyaşöhrətli siyasi xadim, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə təsadüf etməsini tarixi hadisə adlandıraraq Ulu Öndərin İqtisadi Əməkdaşlıq Təşkilatı ilə əlaqələrə daim önəm verdiyini diqqətə çatdırıb.
Onun sözlərinə, bu gün ölkəmizlə təşkilat arasındakı qarşılıqlı əlaqələrin yüksək səviyyədə inkşaf etməsi məhz dahi şəxsiyyətin uzaqgörən siyasəti nəticəsindədir.
Baş prokuror bildirilib ki, Prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə uyğun olaraq Azərbaycan Prokurorluğu beynəlxalq tərəfdaşlarla və nüfuzlu təşkilatlarla səmərəli əməkdaşlığını davam etdirir.