Iran israil
CNN: İsrail-İran müharibəsi iki il çəkə bilər
Straße von hormuz
İran Hörmüz boğazını bağlarsa,dünya neft bazarı çalxalanacaq-TƏCİLİ
Rafael qrossi
Qrossi: Münaqişə davam edərsə və nüvə obyeklərinə zərbələr ardıcıl olarsa,radiasiya sızması qaçılmaz olacaq
Kallas
Aİ sabah İranla bağlı müzakirələrə başlayacaq-KALLAS
Qərb Xəbər
No Result
View All Result
Radio Qərb
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
    • İdman
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb Xəbər TV
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
    • İdman
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb Xəbər TV
No Result
View All Result
Qərb Xəbər
Radio Qərb

Bakı sazişdən bu bəndi niyə çıxardı? – 3-cü qüvvə amili

11 ay ago
A A
Zengezur dehlizi (1)

Azərbaycan və Ermənistanın kommunikasiyanın açılması məsələsinin sülh sazişindən çıxarılması və sonraya saxlanılmasına dair razılaşması mövcud şərtlərdə “zaman qazanmaq” üçün gedişdir.

Kommunikasiyanın hansı prinsiplə açılması sərhədin delimitasiyası kimi tərəflər arasında əsas ziddiyyətli məsələlərdən biridir. Bu maddənin sonraya saxlanılması ilk baxışda Ermənistan üçün sərfəli görünür:

– Kommunikasiyanın Zəngəzur dəhlizinin reallaşması çərçivəsində açılması perspektivinə qarşı zaman qazanır;

– Zəngəzur dəhlizi açılmadan Azərbaycanla sülh sazişini imzalamaqla Türkiyə ilə danışıqlarda “Bakı şərtini” yerinə yetirdiyini göstərməyə və sərhədlərin açılması ilə Qərbə çıxış əldə etməyə ümid edir;

Bakı niyə buna razılaşır?

Əslində bunu Azərbaycanın zaman qazanmaq üçün strateji gedişi hesab etmək olar. Bakı “mövcud şərtlərdə kommunikasiyanın açılması Zəngəzur dəhlizi layihəsinin reallaşması imkanlarını arxa plana keçirirsə, məsələni sonraya saxlamaq daha sərfəlidir” prizmasından yanaşır, çünki sülh danışıqlarında təşəbbüsü ələ almağa çalışan və faktiki önə çıxan Vaşinqtonun irəli sürdüyü plan Zəngəzur dəhlizinin əleyhinədir.

Orta dəhliz coğrafiyasına nəzarəti ələ keçirmək istəyən ABŞ-ın Mərkəzi Asiyadan Avropaya uzanan marşrutla bağlı planında Ermənistanın “sülhün qovşağı” layihəsi dəstəklənir. Ceyms Obrayen də son dövrlər “Mərkəzi Asiyadan başlayaraq, Azərbaycan və Ermənistandan keçən nəqliyyat şəbəkəsini” mütəmadi olaraq vurğulayır. ABŞ bu planın icrasını sürətləndirmək məqsədilə Bakı və İrəvan arasında sülh sazişinin imzalanmasına və kommunikasiyanın açılmasına çalışır. Bu halda nəinki Zəngəzur dəhlizi, hətta Bakının Naxçıvana maneəsiz keçid üçün təklif etdiyi “Azərbaycandan Azərbaycana” prinsipi də sual altına düşür, əvəzində Ermənistan “Sülh qovşağı” layihəsi ilə həm dəhliz məntiqini sıradan çıxarır, həm də nəqliyyat şəbəkəsində hablardan birinə çevrilmək imkanı qazanır.

Bakı kommunikasiya məsələsini sülh sazişindən çıxarmaqla məhz ABŞ-ın mümkün planının yaratdığı riskləri neytrallaşdırmaq gedişi edir:

Birincisi, kommunkasiya açılmadan sülh sazişi imzalamaqla Bakı-İrəvan danışıqları üzərindən bölgəyə müdaxilə edən üçüncü tərəfləri prosesdən uzaqlaşdıracaq;

İkincisi, üçüncü tərəflər prosesdən uzaqlaşdığı təqdirdə İrəvanı kommunikasiyanın Zəngəzur dəhlizi, yaxud Naxçıvana maneəsiz keçid (əslində bu, birbaşa Azərbaycana xidmət edən dəhlizdir) məntiqi ilə açılmasına təşviq edəcək: Ermənistanın “dalandan” çıxmağının yeganə yolu Azərbaycan və Türkiyə ilə kommunikasiyanın açılmasıdır. Ki, masada tək qaldıqda Bakı və Ankara ilə razılaşmamaq şansı yoxdur;

Nəticə etibarilə kommunikasiya maddəsinin sülh sazişindən çıxarılması Zəngəzur dəhlizi layihəsinin yox, bu layihəyə yaranmış risklərin arxa plana keçirilməsi məqsədi daşıyır.

Bütün bunların fonunda kommunikasiya maddəsinin yer almadığı sülh danışıqlarının əhəmiyyəti üçüncü tərəflər – ABŞ üçün azalır və bu, Vaşinqtonu heç bir strateji məsələnin yer almadığı prosesdən uzaqlaşmağa vadar edə bilər, xüsusilə seçki mübarizəsi fonunda. Bu da Zəngəzur dəhlizinə yaranmış risklərin uzaqlaşması deməkdir.

Son xəbərlər

Putin (1)

Putin İsrailin İrana hücumunu əsasız və səbəbsiz təcavüz adlandırıb

23 İyun 2025
Qırmızı korpu

Azərbaycanda xüsusi karantin rejiminin vaxtı yenidən uzadıldı

23 İyun 2025
Trump Reigan

ABŞ-ın İrana cavab planı bəlli oldu

23 İyun 2025
Tramp yeni

Tramp Medvedyevin cavabını verdi

23 İyun 2025
Mark rutte, 2017

Mark Rutte: Ukrayna gələn il 35milyard avrodan artıq yardım alacaq

23 İyun 2025
Logo footer ag

Saytımız 2017-cı ildə “Bölgənin səsi” olaraq yaradılıb, daha sonra rebrendinq edərək “Qərb Xəbər” kimi işinə davam edib. Redaksiya Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy rayonlarını əhatə edir, burada baş verən hadisələri, coğrafiyanın sosial problemlərini, müxtəlif insan hekayələrini xəbər, analitik yazı, müsahibə, açıqlama və reportaj şəklində işıqlandırır.

Məqsədimiz regionda media-platformanın köməyi ilə əhalinin informasiya almaq hüquqlarından istifadə etməsinə yardımçı olmaq, eyni zamanda vətəndaş cəmiyyətinin gücləndirilməsinə və yerli icmaların qərarların qəbulu prosesində iştirak etməsinə dəstək verməkdir! Biz media qurumu olaraq vətəndaş təşəbbüslərinin stimullaşdırılmasını dəstəkləyirik. Devizimiz budur ki, təşəbbüs inkişafın təməlidir!

Hazırda “Qərb Xəbər”in milyon yarımlıq əhatə dairəsi var…

2022-ci ildə redaksiya daha bir yeniliyə imza ataraq “Qərb Radio”nu yaradıb.

Biz ölkədə fəaliyyət göstərən bütün hüququ və fiziki şəxsləri saytımızda reklam yerləşdirməyə dəvət edirik!

© 2022 QərbXəbər – Developed by Arcod Technology

  • +994703208557
  • info@qerbxeber.com
No Result
View All Result
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
    • İdman
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb Xəbər TV

© 2022 QərbXəbər - Developed by Arcod Technology.