Aynur Sanılı
Erməni terrorunun törətdiyi saysız-hesabsız soyqırımlardan biri də Bağanıs Ayrım faciəsidir. Bağrı qanla qoparılan o kənd ki – 32 ildir bizim bağrımızı qana döndərdi.
Təkcə sanıyevlər ailəsini deyil, bütövlükdə bir kəndi də ağır faciələr yaşamağa məhkum etdi. Erməni faşizmi 1-ci Qarabağ münaqişəsinin başlanğıcında Azərbaycanda işğal olunan ilk kənddir – Bağanıs Ayrım kəndi…
Bir ailənin 7 üzvü o kənddə diri-diri yandırıldı. Xocalı soyqırımının sanki təcrübəsini burada həyata keçirdi vəhşi vandallar.
Amma bir şeyi unutdular… Bizi məhv etmək olmaz, türkü silmək olmaz, “türkün tökülən qanları bihudə gedərmi? Diqqət et, yoxsa bu qan həpsi hədərmi?”
Deyil.
44 günlük müharibədə də bunu gördük: işğal olunmuş torpaqlarımızı şəhidlərimiz, hərbiçilərimiz canı bahasına geri qaytardılar.
Xaqani Sanıyev, Kamran Əmrahov, Bəxtiyar Əmrahov və digər Bağanıs Ayrım qurbanlarının da uğrunda can verdikləri Qazaxın kəndləri geri qayıtmalıdır. O zaman onların ruhu sakitlik tapacaq.