Bərdə rayonunda qadınlara “Sülh quruculuğu” mövzusunda təlimlər keçirilmişdir.
“Qərb Xəbər” bildirir ki, Bərdə rayonunda Avropa İttifaqının “Stabillik və Sülhə Yardım” (IcSP) aləti tərəfindən maliyyələşdirilən “Bacarıqların artırılması və Vətəndaşların İştirakı ilə Sülh Quruculuğu :Mərhələ 2” proqramı çərçivəsində “Sülh mənim gözümdən” təşəbbüsü həyata keçirilimişdir.
İlk olaraq 10 qadına “Sülh quruculuğu” mövzusunda 2 günlük təlimlər keçirilmişdir.Təlimlərdən sonra iştirakçılar sülhü onlar üçün ifadə edən hər hansı bir əşyanın və ya mənzərənin şəklini çəkərək öz sosial media hesablarında #Sülhmənimgözümdən həştəqi adı altında paylaşmışlar. Son olaraq isə İştirakçılara sertifikat və hədiyyələr təqdim edilmişdir.