İyunun 22-si Bərdə şəhərində Alman Beynəlxalq Əmkdaşlıq Cəmiyyətinin (GİZ) ofisində “Bərdə -Fransa Guşəsi “ adlı sosial biznes layihəsi çərçivəsində mərkəzin açılışı olub.
“Bölgənin səsi” saytına daxil olan məlumata görə, açılışda dövlət qurumları və bir neçə özəl təşkilat nümayəndələri ilə yanaşı, yerli əhali də iştrak edib.
Açılış mərasimində çıxış edən layihə rəhbəri Aybəniz Mirzəyeva , “Bərdə Fransa Guşəsi” haqqında qonaqlara məlumat verərək, sözügedən layihənin region üçün əhəmiyyətindən bəhs edib: “Bu biznesin əsas məqsədi Sosial Sahibkarlığın təməl prinsiplərini əsas götürərək , məcburi köçkün və şəhid ailələrindən olan qadınlara təmənnasız xidmət göstərməkdir. Layihənin texniki məsələlər üzrə məsul iyyətli şəxsi isə Vəsilə Həsənovadır. Qeyd edək ki, “Fransa Guşəsi”nin xidmətlərinə:
-Fransız mədəniyəti, ədəbiyyatı ilə tanışlıq
-Gənclər arasında asudə vaxtının səmərəli təşkili
-Oxu vərdişlərini aşılamaq üçün qiraət günlərinin təşkili
-Fransız dilinin tədrisi və danışıq klubları
-Fransız dilli mütəxəssislərin birliyinin yaradılması və onların peşəkar əmək fəaliyyətinə cəlb edilməsi daxildir.
Daha sonra tədbirin fəxri qonaqlarından olan Bərdə rayon Gənclər İdarəsinin rəis müavini Aydın Qasımov çıxış etdi. O da öz növbəsində: regionda ilk olacaq Tədris Mərkəzinin əhəmiyyətini və səmərəliliyini vurğulamaqla yanaşı bir neçə maraqlı töhvələr və məsləhətlərini verdi.
EDU HUB-in aparıcı koordinatorlarından biri olan Namaz Kərimov da öz faydalı çıxışı ilə yaddaşlarda qaldı.
Qeyd edək ki, “Bərdə Fransa Guşəsi” Tədris Mərkəzi layihəsi Amerika Səfirliyinin dəstəyi ilə Education Hub təşkilatı tərəfindən keçirilən SEL layihəsi çərçivəsində maliyyələşdirilir.