İşğaldan azad edilən ərzazilərdə indiyə qədər 115 min hektar ərazi mina və partladılmamış hərbi sursatdan təmizlənib.
“Qərb Xəbər” məlumat verir ki, bunu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədr müavini Samir Poladov deyib.
O bildirib ki, prosesdə qardaş Türkiyənin minatəmizlənmə avadanlıqlarından da istifadə olunur. Türkiyə istehsalı olan robotlar da işğaldan azad edilən ərazilərdə minatəmizləmə işlərinə cəlb olunub: “Tərəfimizdən yeni texnologiyalar tətbiq olunmaqdadır. Bunlar həm də uzaq məsafədən idarə olunan robotlar, minatəmizləmə maşınlarıdır. Həmin avadanlılqra həm piyada, həm də tank əleyhinə olunan minaların məhv edilməsində istifadə olunur”.