Qərb Xəbər
No Result
View All Result
Radio Qərb
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV
No Result
View All Result
Qərb Xəbər
Radio Qərb

“Azəriqaz” Gəncədə binada baş verən partlayışa münasibət bildirib

1 ay ago
A A
16004396802672649733

Gəncə şəhərində baş verən partlayışın səbəbləri araşdırılmadan, rəsmi mövqe açıqlanmadan hadisənin guya qaz sızması nəticəsində baş verdiyini demək olmaz.

“Qərb Xəbər”in məlumatına görə, bu sözləri Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” istehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev dünən axşam saatlarında Gəncədə 5-ci mikrorayonda yerləşən binaların birində baş verən partlayışla bağlı məsələyə münasibət bildirərkən deyib.

E. Vəliyev diqqətə çatdırıb ki, bu ilin fevral ayının 7-də, hadisənin baş verdiyi binada Birliyin əməkdaşları tərəfindən təhlükəsizliklə bağlı təlimatlandırma prosesi icra olunub və partlayışda dünyasını dəyişən şəxsin təlimat jurnalında imzası da mövcuddur: “Digər yerlərdə olduğu kimi sözügedən binada da sızma halları daim diqqət mərkəzində olub. Odur ki, dəyərli həmkarlarımı bütün bunları nəzərə almağa və rəsmi açıqlamanı gözləməyə çağırıram”.

Onun sözlərinə görə, ola bilər ki, rəsmi cavabda hansı hallardasa qaz adı keçər, hətta birbaşa keçər: “Amma icazə verin, bu, istintaqın nəticəsində gəlinən qənaət olsun”.

“Bir nəfərin ölümü ilə nəticələnən hadisədən “Azəriqaz” olaraq biz də üzüldüyümüzü ifadə edir. Mərhumun yaxınlarına başsağlığımızı çatdırır”, – E. Vəliyev bildirib.

Qeyd edək ki, Gəncə şəhəri Üzeyir Hacıbəyli küçəsi, bina 9, mənzil 20-də (ümumi sahəsi 70 kvadratmetr olan 3 otaqlı mənzildə) baş vermiş yanğın artıq söndürülüb.

Hadisə yerinə 8 yanğınsöndürən avtomobili cəlb olunub. Yanğının qaz sızmasından yaranmış partlayış nəticəsində baş verdiyi bildirilir. Hadisə yerinin kəşfiyyatı zamanı 1984-cü il təvəllüdlü Yaşar Rəhimovun meyiti aşkarlanıb.

Son xəbərlər

460f3d0c-edf3-38f3-b503-cb9463d7ee41_850

Gəncə Şəhər Məhkəməsinə sədr, sədr müavini və hakimlər təyin edilib

01 İyul 2022
ilkin-suleymanov

Prezident İlkin Suleymanovu həbs edən hakimi işdən çıxardı

01 İyul 2022
indir (6)

Nazir: “Meymunçiçəyi virusuna qarşı heç bir vaksinasiya nəzərdə tutulmur”

01 İyul 2022
ccaac482-6c13-3267-8110-61d4b983f935_850

Azərbaycanda hərbi xidmətə növbəti çağırış başlayıb

01 İyul 2022
hava

İyul ayına olan hava proqnozu açıqlanıb

01 İyul 2022
logo-footer-ag

Saytımız 2018-cı ildə “Bölgənin səsi” olaraq yaradılıb, daha sonra rebrendinq edərək “Qərb Xəbər” kimi işinə davam edib. Redaksiya Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy rayonlarını əhatə edir, burada baş verən hadisələri, coğrafiyanın sosial problemlərini, müxtəlif insan hekayələrini xəbər, analitik yazı, müsahibə, açıqlama və reportaj şəklində işıqlandırır.

Məqsədimiz regionda media-platformanın köməyi ilə əhalinin informasiya almaq hüquqlarından istifadə etməsinə yardımçı olmaq, eyni zamanda vətəndaş cəmiyyətinin gücləndirilməsinə və yerli icmaların qərarların qəbulu prosesində iştirak etməsinə dəstək verməkdir! Biz media qurumu olaraq vətəndaş təşəbbüslərinin stimullaşdırılmasını dəstəkləyirik. Devizimiz budur ki, təşəbbüs inkişafın təməlidir!

Hazırda “Qərb Xəbər”in milyon yarımlıq əhatə dairəsi var…

2022-ci ildə redaksiya daha bir yeniliyə imza ataraq “Qərb Radio”nu yaradıb.

Biz ölkədə fəaliyyət göstərən bütün hüququ və fiziki şəxsləri saytımızda reklam yerləşdirməyə dəvət edirik!

© 2022 QərbXəbər – Developed by Arcod Technology
  • +994504089711
  • +994222955493
  • info@qerbxeber.com
No Result
View All Result
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV

© 2022 QərbXəbər - Developed by Arcod Technology.