Qərb Xəbər
No Result
View All Result
Radio Qərb
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV
No Result
View All Result
Qərb Xəbər
Radio Qərb

Azərbaycanla Türkiyə arasında hərbi təhsil sahəsində əməkdaşlıq daha da inkişaf etdiriləcək

2 ay ago
A A
6422f252-eae0-3036-93f2-651aecda0780

Azərbaycanla Türkiyə arasında hərbi təhsil sahəsində əməkdaşlıq daha da inkişaf etdiriləcək.

“Qərb Xəbər” xəbər verir ki, Azərbaycan Silahlı Qüvvələrinin Türkiyədəki hərbi attaşesi, polkovnik Müşfiq Məmmədov və Azərbaycanın Türkiyədəki Səfirliyi nəzdində fəaliyyət göstərən Hərbi Attaşelik Aparatının əməkdaşları Türkiyə Respublikası Milli Müdafiə Universitetinin rektor müavini Professor Serdar Salman, Quru Qoşunları Hərbi Institutunun rəisi general-mayor İlker Görgülü, Dəniz Qüvvələri Hərbi İnstitutunun rəisi kontr-admiral Selçuk Akar və Hərbi Hava Qüvvələri İnstitutunun rəisi general-mayor Ender Kartal ilə görüşüb.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında hərbi təhsil sahəsində əməkdaşlıq və mövcud əməkdaşlığın daha da inkişaf etdirilməsi, Azərbaycan Ordusunun hərbi qulluqçuları üçün ayrılmış yerlərin sayının artırılması, son günlər Azərbaycan-Ermənistan sərhədində baş verən gərginlik, Xankəndi-Laçın yolunda azərbaycanlı ekoaktivistlərin dinc aksiyaları, Azərbaycan ərazilərində Ermənistan tərəfindən təbii sərvətlərin qanunsuz istismarı, talan edilməsi, ermənilərin regionda sabitliyi pozması istiqamətində atdığı addımlar və digər mövzularda fikir mübadiləsi aparılıb.

Adları qeyd olunan İnstitutlarda “Qərargah zabitinin hazırlığı” və “Qərargahın idarəedilməsi” kurslarında, həmçinin Milli Müdafiə Universitetində magistratura və doktorantura pilləsində təhsil alan Azərbaycan Ordusunun hərbi qulluqçuları ilə görüş keçirilib, zabitlərin tədris şəraiti ilə yaxından tanış olunub və onların qarşılaşdıqları çətinliklər barədə müraciətləri dinlənilib.

Hərbi Attaşelik Aparatının əməkdaşları Milli Müdafiə Universiteti Xarici Dillər Məktəbinin direktoru Professor Haluk Selim,məktəbin rəhbər zabit heyəti və məktəbdə ingilis dili hazırlıq kursunda təhsil alan Azərbaycan ordusunun hərbi qulluqçuları ilə də görüş keçirib. Hərbi qulluqçuların təlim-tədris şəraiti, nizam-intizamı və imtahan nəticələri barədə söhbətlər aparılıb, hərbi attaşe tərəfindən hərbi qulluqçulara vətənpərvər, peşəkar və intizamlı zabit kimi formalaşmalarında müvafiq tövsiyələr verilib.

Son xəbərlər

ilhammm

Prezident Moldova səfərindən sonra Türkiyəyə gedəcək

30 May 2023
turan tovuz

“Turan Tovuz” 4 futbolçu ilə yollarını ayırıb

30 May 2023
xankendi166012

Xankəndidə separatçıların çevrilişi gözlənilir – Hraparak

30 May 2023
Zengezur98-900x506

Zəngəzur dəhlizi üçün danışıqlar başlayır – Qriqoryan

30 May 2023
1685442713_445552118_0_0_801_451_1920x0_80_0_0_03808ecd3c7d2bb598e2db855513aa46

Əliyevlə Paşinyanın görüşünü səbirsizliklə gözləyirik – Şarl Mişel

30 May 2023
logo-footer-ag

Saytımız 2017-cı ildə “Bölgənin səsi” olaraq yaradılıb, daha sonra rebrendinq edərək “Qərb Xəbər” kimi işinə davam edib. Redaksiya Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy rayonlarını əhatə edir, burada baş verən hadisələri, coğrafiyanın sosial problemlərini, müxtəlif insan hekayələrini xəbər, analitik yazı, müsahibə, açıqlama və reportaj şəklində işıqlandırır.

Məqsədimiz regionda media-platformanın köməyi ilə əhalinin informasiya almaq hüquqlarından istifadə etməsinə yardımçı olmaq, eyni zamanda vətəndaş cəmiyyətinin gücləndirilməsinə və yerli icmaların qərarların qəbulu prosesində iştirak etməsinə dəstək verməkdir! Biz media qurumu olaraq vətəndaş təşəbbüslərinin stimullaşdırılmasını dəstəkləyirik. Devizimiz budur ki, təşəbbüs inkişafın təməlidir!

Hazırda “Qərb Xəbər”in milyon yarımlıq əhatə dairəsi var…

2022-ci ildə redaksiya daha bir yeniliyə imza ataraq “Qərb Radio”nu yaradıb.

Biz ölkədə fəaliyyət göstərən bütün hüququ və fiziki şəxsləri saytımızda reklam yerləşdirməyə dəvət edirik!

© 2022 QərbXəbər – Developed by Arcod Technology

  • +994703208557
  • info@qerbxeber.com
No Result
View All Result
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV

© 2022 QərbXəbər - Developed by Arcod Technology.