250513 marco rubio ac 956p 007aa1
Biz elə tədbirlər görəcəyik ki, həmin hökumət bunun bədəlini ödəsin
Indir 2025 05 19t115145.710
Qabiliyyət imtahanlarına qeydiyyat başladı
Fexri ugurlu 2 1024x606
Çaldıran döyüşü mistik islamla ortodoksal islamın, ürfanla şəriətin savaşıdır -Fəxri Uğurlu
İradə bağça
Bağçada başlayan dəyişiklik,cəmiyyəti dəyişir-İradə Mustafayeva
Qərb Xəbər
No Result
View All Result
Radio Qərb
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
    • İdman
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb Xəbər TV
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
    • İdman
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb Xəbər TV
No Result
View All Result
Qərb Xəbər
Radio Qərb

Azərbaycanın Zəngəzuru geri tələb etmək hüququ var – Ermənistan seçim qarşısında

2 ay ago
A A
E11bb221e2 Zengezur Dehlizinin Reallasmasi Tarixi Zeruretdir

Zəngəzurun mülkiyyət məsələsinin heç bir tarixi və hüquqi problemi yoxdur. İstər tarixi, istərsə də hüquqi aspektdən Zəngəzur Azərbaycana məxsusdur. Tarixi baxımdan Zəngəzur müxtəlif dövlətlərin və xanlıqların tərkibində olub. Qədim dövrdən 1921-ci ilə qədər Zəngəzur daim azərbaycanlılar tərəfindən idarə edilib. Milli respublikaların formalaşması dövrünə nəzər saldıqda bunu aydın görmək mümkün olur.

Bunu politoloq Zaur Məmmədov deyib.

O qeyd edib ki, XVIII–XIX əsrlərdə Zəngəzur Azərbaycan ərazisində mövcud olan ayrı-ayrı xanlıqlar tərəfindən idarə edilib: “XVIII əsrin ortalarında Nadir şahın ölümündən sonra Azərbaycan ərazisində müstəqil xanlıqlar formalaşdı. Zəngəzur bölgəsi Qarabağ xanlığının (1747-1822) tərkibində idi və burada azərbaycanlılar çoxluq təşkil edirdi. Etnik tərkibdə isə ikinci yerdə kürdlər idi. Zəngəzurun bəzi qərb hissələri (indiki Qafan və Mehri rayonlarının bir hissəsi) Naxçıvan xanlığının (1747-1828) təsiri altında olub. O dövrlər bu ərazi Naxçıvan xanları və Qarabağ xanları arasında zaman-zaman nüfuz dairəsi baxımından dəyişirdi. Zəngəzurun şimal-qərb hissəsi isə İrəvan xanlığının (1747–1827) təsirində olub. Lakin əsasən Qarabağ xanlığının nəzarətində qalan bölgələr zaman-zaman İrəvan xanları ilə mübahisəli idi”.

“1828-ci il Türkmənçay müqaviləsi ilə Zəngəzur bölgəsi Rusiya imperiyasının tərkibinə daxil oldu. 1905–1920-ci illərdə erməni-müsəlman toqquşmaları zamanı bölgədə azərbaycanlı əhali sıxışdırıldı. 1921-ci ildə Zəngəzurun qərb hissəsi sovet hakimiyyəti tərəfindən Ermənistan SSRİ-yə verildi, Şərqi Zəngəzur isə Azərbaycanın tərkibində qaldı. 1921-ci ildə keçmiş sovet rəhbərliyinin qərarı ilə Qərbi Zəngəzur Ermənistan SSRİ-nin tərkibinə daxil edildi. Bu qərar siyasi motivli idi, çünki sovet Rusiyası bölgədə ermənilərin dəstəyini təmin etmək, Türkiyə və Azərbaycanın təsirini zəiflətmək istəyirdi. Lakin bu addım Azərbaycanın rəyi nəzərə alınmadan atılıb. Qərar yerli çoxluğun və milli respublikanın hüquqlarının pozulması hesab olunurdu. Bununla da 1920-1921-ci illərdə Zəngəzurda olan çoxluq azərbaycanlıların hüquqları pozulub. Aəzrbaycan Xalq Cumhuriyyətinin beynəlxalq sərhədlərinin tərkibində olan Zəngəzur qeyri-qanuni olaraq SSRİ rəhbərliyi tərəfindən bir respublikanın tərkibindən çıxarılaraq, digər respublikaya yəni, Ermənistana verilib”, – politoloq bildirib.

Zaur Məmmədov hesab edir ki, SSRİ milli respublikaları bərabərhüquqlu respublikalar adlandırsa da faktiki olaraq daxildə sərhədlərin dəyişdirilməsi ilə federasiya konstitusiyası pozulub: “XX əsrin əvvəlləri bütün dünyada milli respublikaların formalaşmasının vaxtıdır. 1918-1920-cı illərdə 9 min kv km olan “Ararat Respublikası” və ərazisi 114 min km olan Azərbaycan Xalq Cümhuriyyəti reallığı nəzərə alınmalıdır. Ona görə də hazırda SSR rəhbərliyinin ərazilərlə bağlı verdiyi qərarlar bütün dünyada şübhə altına alınıb. Çeçenlərin, məshəti türklərinin və digərlərinin köçürülməsi ilə bağlı repatriasiya qərarları qəbul olunub. Son 10 ildə ərazilər məsələsinə də yenidən baxılma proseduru başlayıb.

Misal üçün Krımın 1954-cü ildə Ukrayna SSRİ-nin tərkibinə qatılması tarixi və siyasi baxımdan mübahisəli qərarlardan biri hesab olunurdu. SSRİ-nin varisi Rusiya Krımın Ukraynaya verilməsini o vaxtki rəhbərliyin cinayəti hesab edirdi. Bu amillər Zəngəzurla bağlı tarixi həqiqətlərin də həllini tapmasını tələb edir. Ona görə də Ermənistan tarixi və hüquqi baxımdan bu əraziləri Azərbaycana qaytarmalıdır. Əgər İrəvan bunda imtina edirsə, bu artıq mübahisə predmetidir. Çünki Ermənistanın Azərbaycanla Naxçıvan arasındakı yolu bağlaması, Zəngəzurun dəhliz formasında açılmasına icazə verməməmısi qeyri-qanuni addımdır. Bunun əksinə İrəvan Zəngəzuru hərbləşdirir, bölgəyə silahlar yığır, üçüncü dövlətlərin bura gəlməsinə imkan yaradır. Bütün bunlar Zəngəzurla bağlı məsələnin artıq müzakirə predmeti olduğunu təsdiqləyir”.

Mənbə: Teleqraf

Son xəbərlər

250513 marco rubio ac 956p 007aa1

Biz elə tədbirlər görəcəyik ki, həmin hökumət bunun bədəlini ödəsin

21 May 2025
Andriy yermak

Rusiya oğurladığı uşaqlarıgeri qaytarmasa sülh olmayacaq

21 May 2025
Məhkəme 1111

Məhkəmə Hacı Vəliyevlə bağlı qərar verib

21 May 2025
Imtahan

III qrupa aid altqrupları seçənlər üçün coğrafiya üzrə əlavə imtahan keçiriləcək

21 May 2025
Indir 2025 05 21t160337.618

Gəncədə avtomobillə motosiklet toqquşub

21 May 2025
Logo footer ag

Saytımız 2017-cı ildə “Bölgənin səsi” olaraq yaradılıb, daha sonra rebrendinq edərək “Qərb Xəbər” kimi işinə davam edib. Redaksiya Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy rayonlarını əhatə edir, burada baş verən hadisələri, coğrafiyanın sosial problemlərini, müxtəlif insan hekayələrini xəbər, analitik yazı, müsahibə, açıqlama və reportaj şəklində işıqlandırır.

Məqsədimiz regionda media-platformanın köməyi ilə əhalinin informasiya almaq hüquqlarından istifadə etməsinə yardımçı olmaq, eyni zamanda vətəndaş cəmiyyətinin gücləndirilməsinə və yerli icmaların qərarların qəbulu prosesində iştirak etməsinə dəstək verməkdir! Biz media qurumu olaraq vətəndaş təşəbbüslərinin stimullaşdırılmasını dəstəkləyirik. Devizimiz budur ki, təşəbbüs inkişafın təməlidir!

Hazırda “Qərb Xəbər”in milyon yarımlıq əhatə dairəsi var…

2022-ci ildə redaksiya daha bir yeniliyə imza ataraq “Qərb Radio”nu yaradıb.

Biz ölkədə fəaliyyət göstərən bütün hüququ və fiziki şəxsləri saytımızda reklam yerləşdirməyə dəvət edirik!

© 2022 QərbXəbər – Developed by Arcod Technology

  • +994703208557
  • info@qerbxeber.com
No Result
View All Result
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
    • İdman
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb Xəbər TV

© 2022 QərbXəbər - Developed by Arcod Technology.