Fərid Turab oğlu Əhmədov Azərbaycan Respublikasının ədliyyə naziri təyin edilib.
Qerbxeber.com xəbər verir ki, Prezident İlham Əliyev Sərəncam imzalayıb.
O, 2000-ci ildə Bakı Dövlət Universitetində (BDU) hüquqşünaslıq ixtisası üzrə bakalavr, 2002-ci ildə Beynəlxalq hüquq üzrə magistr təhsilini bitirib. 2003-cü ildə “Chevening” təqaüdçüsü olaraq İngiltərənin Esseks Universitetində beynəlxalq insan hüquqları ixtisası üzrə magistr dərəcəsi alıb. 2009-cu ildə doktorantura pilləsi üzrə təhsilini almaq məqsədilə İngiltərənin Oksford Universitetinə “Weidenfeld” təqaüdçüsü olaraq daxil olub. 2016-cı ildə Oksford Universitetinin hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb.
Qeyd edək ki, 2000-ci ildən 2024-cü ilin fevralınadək Azərbaycanda ədliyyə naziri vəzifəsində Fikrət Məmmədov çalışıb. F.Məmmədov yeni formalaşdırılan hökumətdə yer almayıb.