Xəbər verildiyi kimi, dünən Şuşa-Xankəndi yolunda maraqlı hadisə yaşanıb.
“Qərb Xəbər” bildirir ki, bölgədəki Rusiya sülhməramlı qüvvələri bir qrup ermənini Gorsdan götürərək, onları Xankəndinə aparmağa çalışıb. Lakin əvvəlcədən razılaşma olmadığından onların Şuşa-Xankəndi yolu üzərində qurulmuş postdan keçmələrinə icazə verilməyib.
Həmin məlumatlara əsasən Azərbaycan tərəfi 27 nəfərdən ibarət karvanı geri qaytarıb. Bunu təkcə razılaşma ilə əlaqəli olmadığı, habelə Xankəndinə gedənlərin böyük əksəriyyətinin Ermənistan vətəndaşları olması ilə də əlaqəsi var. Ona görə də, həmin qafilədə olan 27 ermənidən 23-ü geri göndərilib.
Amma bu zaman 4 erməni sakinin səhhətinin pisləşməsi müşahidə olunub. Ərazidə olan Azərbaycan səhiyyəsinin işçiləri dərhal məsələyə müdaxilə ediblər. Onlar halı pisləşən ermənləri ilkin tibbi yardım göstəriblər. Bunun ardından isə Azərbaycan Səhiyyə Nazirliyinin tabeçiliyində olan ambulanslar həmin xəstələri Xankəndinə çatdırıblar.
