Azərbaycanın sabiq baş pediatrı,1951-ci il təvəllüdlü Quliyev Nəsib Cəfər oğlunun aprelin 24-də Abşeron rayonu ərazisində yerləşən yaşadığı evdə özünü odlu silahdan atəş açaraq intihar etməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Qerbxeber.com verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.
Hadisənin baş vermə şəraiti və səbəbləri tam, hərtərəfli və obyektiv araşdırılmaqla müvafiq qərarın qəbul edilməsi təmin olunacaq.
Hadisə Abşeron rayonu Goradil qəsəbəsində qeydə alınıb. Nəsib Quliyev ov tüfəngi ilə özünü güllələrək ölüb. Hazırda hadisə yerinə hüquq-mühafizə orqanların əməkdaşları cəlb edilib.