“Azərbaycan Prezidentinin Qırğızıstan səfəri əhəmiyyətli bir səfərdir. Yəni, bu səfər Azərbaycan Qırğızıstan münasibətlərinin inkişafının növbəti mərhələsi və bundan sonra olan perspektiv baxımdan vacib səfər sayıla bilər”
Bu sözləri Azərbaycan Prezidentinin Qırğızıstan və Qazaxıstan səfəri ilə bağlı “Qərb Xəbər”ə açıqlamasında politoloq Oktay Qasımı deyib.
-Prezident İlham Əliyevin Qırğızıstan səfərinin və müzakirə olunan mövzuların mahiyyəti nədən ibarətdir?
– “Bu səfərin bir neçə yöndən baxdığımızda əhəmiyyətini qeyd edə bilərik. Əvvəlcə Azərbaycan və Qırğızıstan arasında münasibətlər 30 illik dövrü əhatə etsə də, son illər bu münasibətlərin daha sürətlə inkişaf etdiyinin şahidi oluruq. Qırğızıstanla eyni zamanda Türk Dövlətləri Birliyi təşkilatında müttəfikik. O cümlədən Qırğızıstanın Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəkləyir və həm 44 günlük müharibə zamanı ondan sonrakı dönəmdə və xüsusilədə son 12-13 sentyabr erməni təxribatları zamanı Qırğızıstan Azərbaycanı dəstəkləyib və Azərbaycanın əleyhinə hansısa bir addım atılmasının Qazaxıstanla birlikdə qarşısında dayanıb.
Qırğızıstan prezidentinin aprel ayında Azərbaycana 2 günlük səfəri olmuşdur. Burada Azərbaycan və Qırğızıstan arasında münasibətlər inkişafı ilə bağlı strateji tərəfdaşlıq istiqamətində bir çox məsələlər müzakirə olunub və bir çox sənədlər imzalanmışdır. Bu səfərin ardınca Azərbaycan prezidentinin Qırğızıstana səfəri oradakı həm qarşılama tədbirləri Azərbaycana olan münasibət, bundan başqa hər iki ölkə arasında münasibətlərin bundan sonra inkişafı ilə bağlı bir çox sənədlər imzalanıb. Azərbaycan Qırğızıstan prezidentlərinin də biz bəyanatlarının şahidi olduq”.
Politoloq bildirib ki, burada ən önəmli məsələlərdən biri Azərbaycan Qırğızıstan investisya fondunun yaradılması və Azərbaycan Qırğızıstan arasında ticarət əlaqələrinin inkişafı, o cümlədən Şərq-Qərb dəhlizinin qurulmasında Qırğızıstanın iştirakı və Şərq-Qərb dəhlizini orta dəhliz hesab olunan hissəsində Azərbaycan Qırğızıstanın bundan sonra bu istiqamətdə əməkdaşlığının daha da inkişaf etdirilməsi məsələləri müzakirə olunub. Bundan başqa humanitar məsələlər müzakirə olunub. Qırğızıstanda 2 məktəb açıldı. Biri Heydər Əliyev adına məktəb, biri Nizami Gəncəvi adına məktəb hər iki prezident bu açılış tədbirlərində iştirak etdilər.
– Prezidentin Qazaxıstandakı Zirvə Toplantısına qatılması və oradakı çıxışı haqqında fikirləriniz nələrdir?
– “Qazaxıstanda keçirilən Asiya dövlətləri zirvə toplantısını burada Azərbaycan prezidentinin çıxışı diqqətə layiq bir çıxışdır. Orada Azərbaycan Ermənistan münasibətləri, sülh prosesi, bundan başqa Ermənistanın 30 il işğal dövründə Azərbaycana qarşı törətdiyi hərbi cinayətlər hal hazırda davam edən mina terroru və Azərbaycanın hələ də taleyindən xəbər olmayan 3 min 9 yüzdən artıq soydaşımızın taleyi ilə bağlı məsələlər gündəmə çıxarıldı. Ermənistanın son dövrlər törətdiyi təxribatlara qiymət verildi və bütün bunlarla yanaşı Azərbaycan prezidenti digər məsələyə toxundu. Bu Azərbaycan ərazisində ermənilərin basdırdığı minalarla bağlı məsələyə xüsusi diqqət çəkdi və qeyd etdi ki bu minaların təmizlənməsi üçün təxminən 30 ilə yaxın vaxt və 25 milyard dollara yaxın vəsait tələb olunur. Bu da olduqca böyük bir həcmli işdir. Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayətlərin miqyasını göstərmək baxımından əhəmiyyətlidir”.
Oktay Qasımli əlavə edib ki, Azərbaycan zirvə toplantısı ölkələrinin münasibətləri və Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri haqqında söz etdi.
“Orada Azərbaycanın bu nəqliyyat dəhlizlərinin qurulmasında olan rolunu və bundan sonra görəcəyi bu nəqliyyat kolidorlarının perspektivləri ilə bağlı fikirlərini söylədi. Azərbaycanın mövqeyi bir daha tədbir iştirakçılarına çatdırıldı. Azərbaycan özünü hazır infrastrukturu və Xəzər sahilində kifayət qədər böyük həcmli yük daşıma qabiliyyətinə malik Ələt beynəlxalq limanı ilə bağlı məsələlərdə fikrini bölüşdü. Ən önəmlisi Qərb-Şərq nəqliyyat dəhlizinin orta dəhliz adlanan hissəsi və xüsusilə, Zəngəzur dəhlizi ilə bağlı Azərbaycanın mövqeyini bir daha tədbir iştirakçılarına çatdırdı.
Yəni qısa desək, Cənubi Qafqazda hal hazırda mövcud olan bu durum Azərbaycanın bu məsələlərə baxışı və bir də beynəlxalq məsələlərə regional məsələrə Azərbaycanın baxışı hər tərəfli şəkildə zirvə toplantısı iştirakçılarına çatdırıldı deyə bilərik”.
Rahib İsgəndərli