Bu ilin yanvar-iyun aylarında Azərbaycanda avtomobil nəqliyyatı ilə 72,2 milyon ton yük, 848 milyon nəfər sərnişin daşınıb.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 2,5% və 1,9% çoxdur.
Sərnişinlərin 96%-i avtobus, 4%-i isə minik taksi ilə hərəkər edib.
Son 1 ildə yük dövriyyəsi 2,5%, sərnişin dövriyyəsi isə 2% artıb.