Qərb Xəbər
No Result
View All Result
Radio Qərb
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV
No Result
View All Result
Qərb Xəbər
Radio Qərb

Azərbaycanda məhkəmə hakimi özü-özünə etiraz etdi

2 ay ago
A A
hakimm

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində vəzifəli şəxslərdən hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən Sənan Abdullayev və İlqar Atayevin cinayət işi üzrə məhkəmə iclası başlayıb.

“Qərb Xəbər” məlumat verir ki, məhkəmə prosesinə sədrlik edən hakim Rəşad Əliyev özü-özünə etiraz edib.

O, etirazını onunla əsaslandırıb ki, təqsirləndirilən şəxslərdən biri ilə onun və qohumlarının uzun illər yaxın tanışlıq münasibətləri olduğundan, yekun qərar qeyri-obyektiv kimi qiymətləndirilə bilər.

Etiraz təmin olunub, cinayət işinin başqa ağır cinayətlər məhkəməsinə göndərilməsi barədə məhkəmə aktı qəbul edilib. Belə ki, cinayət işinin Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınıb.

Sumqayıt Apellyasiya Məhkəməsinin qərarına əsasən, cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Faiq Mahmudovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, Abdullayev Sənan Həsən oğlu və Atayev İlqar Əliabbas oğlu 2021-ci ilin avqustunda Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən saxlanılıblar.

Aparılan əməliyyat-istintaq tədbirləri ilə S.Abdullayevin “Youtube” sosial şəbəkəsində yaratdığı “Xəbər kanalı” səhifəsində birgə çəkiliş apardığı İ.Atayevlə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs qismində 2021-ci ilin əvvəllərindən qeyd olunan səhifədə Goranboy Rayon İcra Hakimiyyətinin (RİH) vəzifəli şəxslərinin guya qanunsuz əməllərə yol vermələrinə dair məlumatları videoçarxlar formasında yaymasına, həmin videoçarxların qeyd edilən səhifədən silinməsi məqsədilə RİH-in vəzifəli şəxsindən hədə-qorxu ilə 4 min manat məbləğində pul tələb edərək almasına əsaslı şübhələr müəyyən edilib.

İş üzrə əldə edilən sübutlar əsasında S.Abdullayev və İ.Atayevə Cinayət Məcəlləsinin 182.2.1-ci (Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən hədə-qorxu ilə tələb etmə) və 182.2.2-ci (Təkrar hədə-qorxu ilə tələb etmə) maddələri ilə ittiham elan edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, R.Əliyev Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin sədri vəzifəsində çalışır.

qerbxeber.com

Son xəbərlər

3937906b10424e76306eec865f82ac2e

Qazaxda “Media və hüquqi maarifləndirmə” adlı regional konfrans təşkil edilib

21 May 2022
81c8a5f8-d124-38de-9da6-87addd8682de_850

Qazaxda sərhədi pozmağa cəhd göstərənlər saxlanılıb

21 May 2022
62888b3a7c3a662888b3a7c3a71653115706300dcc29b2772238139b899be1fc36ab

Tovuzda 10-dan çox şəxsi sahibsiz itlər dişləyib

21 May 2022
715ca4bc83a3647

Arzu Rəhimov Gəncədə vətəndaşları qəbul edib

21 May 2022
bıçaqlanma

Gədəbəy sakini Şəmkirdə bıçaqlanıb

21 May 2022
logo-footer-ag

Saytımız 2018-cı ildə “Bölgənin səsi” olaraq yaradılıb, daha sonra rebrendinq edərək “Qərb Xəbər” kimi işinə davam edib. Redaksiya Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy rayonlarını əhatə edir, burada baş verən hadisələri, coğrafiyanın sosial problemlərini, müxtəlif insan hekayələrini xəbər, analitik yazı, müsahibə, açıqlama və reportaj şəklində işıqlandırır.

Məqsədimiz regionda media-platformanın köməyi ilə əhalinin informasiya almaq hüquqlarından istifadə etməsinə yardımçı olmaq, eyni zamanda vətəndaş cəmiyyətinin gücləndirilməsinə və yerli icmaların qərarların qəbulu prosesində iştirak etməsinə dəstək verməkdir! Biz media qurumu olaraq vətəndaş təşəbbüslərinin stimullaşdırılmasını dəstəkləyirik. Devizimiz budur ki, təşəbbüs inkişafın təməlidir!

Hazırda “Qərb Xəbər”in milyon yarımlıq əhatə dairəsi var…

2022-ci ildə redaksiya daha bir yeniliyə imza ataraq “Qərb Radio”nu yaradıb.

Biz ölkədə fəaliyyət göstərən bütün hüququ və fiziki şəxsləri saytımızda reklam yerləşdirməyə dəvət edirik!

© 2022 QərbXəbər – Developed by Arcod Technology
  • +994504089711
  • +994222955493
  • info@qerbxeber.com
No Result
View All Result
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV

© 2022 QərbXəbər - Developed by Arcod Technology.