Qərb Xəbər
No Result
View All Result
Radio Qərb
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
    • İdman
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb Xəbər TV
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
    • İdman
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb Xəbər TV
No Result
View All Result
Qərb Xəbər
Radio Qərb

Azərbaycanda koronavirusun qarşısı necə alınır?

4 il ago
A A
virus

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Azərbaycanın ölkədə koronavirusla bağlı yayılma hallarının olmaması üçün gördüyü işləri qiymətləndirib.

ÜST-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı trend-in sorğusuna cavab olaraq bildirib ki, Azərbaycan ölkə ərazisində yoluxucu xəstəliklərin monitorinqi üçün nəzarət sistemini gücləndirir. Bu fəaliyyətlərə laboratoriya və diaqnostika imkanlarının gücləndirilməsi daxildir: “Buyaxınlarda Taun Əleyhinə Stansiyadakı iki laboratoriyanın ÜST-nin sertifikasiya tələblərinə cavab verdiyi təsdiqlənib. Hər bir səhiyyə sisteminin təkmilləşdirilməyə ehtiyacı var və Azərbaycan bu sahənin inkişafı üzərində çalışır”.

H.Harmancı qeyd edib ki, Azərbaycanda bu xəstəliyə yoluxma halı qeydə alınmayıb.

Onun sözlərinə görə, ÜST-nin məlumatına əsasən, bu xəstəlik halları hazırda yalnız Çin, Yaponiya, Sinqapur, Tailand, Tayvan və Koreya Respublikasında müşahidə olunur. Amerika Birləşmiş Ştatlarının səhiyyə qurumları Vaşinqton ştatında bu xəstəliyin qeydə alındığını təsdiq edib.

H.Harmancı əlavə edib ki, virusun mənbəyi naməlumdur. İlkin tədqiqatlar bu alovlanmanın virusun heyvandan insana ötürülməsi ilə baş vermə ehtimalının böyük olduğunu göstərir.

ÜST rəsmisi bildirib ki, xəstəlik heyvanlarla təmasla, korlanmış qidalar vasitəsilə, yaxud da insandan insana ötürülə bilir:

“Lakin onu da qeyd etmək lazımdır ki, ət və yaxud balıq məhsulu bişdikdə onun tərkibindəki viruslar məhv olur. Çiy və az bişmiş ət məhsullarının, o cümlədən süd məhsullarının istehlakı sağlamlıq üçün zərərlidir və viruslara yoluxma riskini artırır. Cari məlumatlara əsasən, virus ağır fəsadlarla yanaşı qripə bənzər yüngül simptomlar da yarada bilər. Əvvəl özünü yüngül formada göstərən xəstəlik ağırlaşa, xroniki xəstəliyi olan insanlarda bəzi xəstəliklərə qarşı həssaslığı artıra bilər. Virus yeni aşkar olunduğundan hələ də bəzi simptomlar naməlumdur”.

H.Harmancı deyib ki, xəstəliyin əsas səbəbi məlum olmadığından ÜST insanlara bəzi ehtiyat tədbirlərini görməyi tövsiyə edir. Həmin tədbirlərə əlləri sabunla yumaq, öskürərkən və asqırarkən ağzı birdəfəlik istifadə üçün dəsmalla və ya köynəyin qolu ilə bağlamaq, qrip simptomları müşahidə edilən insanlarla yaxın təmasda olmamaq, hərarət, öskürək və təngnəfəslik müşahidə olunarsa, həkimə müraciət etmək, qidaları, xüsusilə ət məhsullarını lazımi qədər bişirmək daxildir.

H.Harmancı ÜST-nin bu xəstəlik səbəbindən beynəlxalq səfərlərin və ticarətin məhdudlaşdırılmasını tövsiyə etmədiyini də vurğulayıb.

Son xəbərlər

1695099019_226303_cbj2hzlgr0

Rayonlarda hava dəyişəcək, duman olacaq

30 Sentyabr 2023
6517cdf3378156517cdf33781616960588676517cdf3378106517cdf337813

Şərafət Həsənov: “Azad olunmuş ərazilərdə indiyə qədər 500-ə yaxın şəxsin meyitinin qalıqları tapılıb”

30 Sentyabr 2023
indir (28)

Ermənistan hakimiyyəti ölkədə Rusiya telekanallarının bağlanması məsələsini müzakirə edir

30 Sentyabr 2023
be2d6ccd-4064-3a15-a9a0-34bc7f079c61_850

Azərbaycanın media nümayəndələri Cəbrayıldadır

30 Sentyabr 2023
images (2)

“Qarabağdakı Rusiya sülhməramlılarının taleyi sual altındadır” – Metyu Brayza

30 Sentyabr 2023
logo-footer-ag

Saytımız 2017-cı ildə “Bölgənin səsi” olaraq yaradılıb, daha sonra rebrendinq edərək “Qərb Xəbər” kimi işinə davam edib. Redaksiya Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy rayonlarını əhatə edir, burada baş verən hadisələri, coğrafiyanın sosial problemlərini, müxtəlif insan hekayələrini xəbər, analitik yazı, müsahibə, açıqlama və reportaj şəklində işıqlandırır.

Məqsədimiz regionda media-platformanın köməyi ilə əhalinin informasiya almaq hüquqlarından istifadə etməsinə yardımçı olmaq, eyni zamanda vətəndaş cəmiyyətinin gücləndirilməsinə və yerli icmaların qərarların qəbulu prosesində iştirak etməsinə dəstək verməkdir! Biz media qurumu olaraq vətəndaş təşəbbüslərinin stimullaşdırılmasını dəstəkləyirik. Devizimiz budur ki, təşəbbüs inkişafın təməlidir!

Hazırda “Qərb Xəbər”in milyon yarımlıq əhatə dairəsi var…

2022-ci ildə redaksiya daha bir yeniliyə imza ataraq “Qərb Radio”nu yaradıb.

Biz ölkədə fəaliyyət göstərən bütün hüququ və fiziki şəxsləri saytımızda reklam yerləşdirməyə dəvət edirik!

© 2022 QərbXəbər – Developed by Arcod Technology

  • +994703208557
  • info@qerbxeber.com
No Result
View All Result
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
    • İdman
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb Xəbər TV

© 2022 QərbXəbər - Developed by Arcod Technology.