Bir neçə gündən sonra Azərbaycanda “Google Pay” ödəniş sistemi aktivləşdiriləcək.
“Qərb Xəbər” bildirir ki, bu barədə “MasterCard” şirkətindən məlumat verilib.
Məlumata görə, sisteminin işə düşməsi ilə bağlı prosedurlar yekunlaşmaq üzrədir.
“Google Pay” 2015-ci ilin sentyabr ayında yaradılıb, “Android” platformasında olan mobil telefonlar, planşetlər və digər “ağıllı” cihazlarda çalışır.