Azərbaycanda qış fəsli başlayıb.
“Yeni Sabah”ın məlumatına görə, bu il qış fəslinin (Qış günəş duruşu) Azərbaycana daxil olması dekabrın 22-də saat 07:27:19-a təsadüf edəcək.
Bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən böyük bucaq əmələ gətirir və ya Günəş həmin gün üfüqdən minimum hündürlükdə (26,2 dərəcə) olur.
Həmin gün ən qısa gündüz (gündüzün uzunluğu 9 saat 17 dəqiqə 22 saniyə) və ən uzun gecə (gecənin uzunluğu isə 14 saat 42 dəqiqə 38 saniyə) olur. Fəslin uzunluğu 88 gün 23 saat 38 dəqiqə 2 saniyə olacaq.