250513 marco rubio ac 956p 007aa1
Biz elə tədbirlər görəcəyik ki, həmin hökumət bunun bədəlini ödəsin
Indir 2025 05 19t115145.710
Qabiliyyət imtahanlarına qeydiyyat başladı
Fexri ugurlu 2 1024x606
Çaldıran döyüşü mistik islamla ortodoksal islamın, ürfanla şəriətin savaşıdır -Fəxri Uğurlu
İradə bağça
Bağçada başlayan dəyişiklik,cəmiyyəti dəyişir-İradə Mustafayeva
Qərb Xəbər
No Result
View All Result
Radio Qərb
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
    • İdman
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb Xəbər TV
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
    • İdman
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb Xəbər TV
No Result
View All Result
Qərb Xəbər
Radio Qərb

Azərbaycan XİN Ermənistana cavab verib

6 il ago
A A
Ccef0b2e fab7 4434 a909 60f07b5233bd 640

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti Ermənistan XİN-in bəyanatına münasibət bildirib.

XİN-in şərhində deyilir:

“Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Ermənistan baş naziri Nikol Paşinyanın Azərbaycan Respublikasının işğal olunmuş Dağlıq Qarabağ bölgəsinin Xankəndi şəhərinə qanunsuz səfəri zamanı səsləndirdiyi təxribatçı fikirlərinə münasibətdə qəti mövqeyimizin əks olunduğu 6 avqust tarixli bəyanatına Ermənistan Xarici İşlər Nazirliyinin kifayət qədər xaotik və məntiqi izahı olmayan cavabı diqqətimizi cəlb etdi.

Hesab edirik ki, Azərbaycana qarşı silahlı təcavüz həyata keçirərək ölkəmizin Dağlıq Qarabağ və ətraf bölgələrini qanunsuz güc tətbiqi ilə işğal edən, bu ərazilərdəki azərbaycanlı əhaliyə qarşı tam etnik təmizləməni həyata keçirən və Xocalı şəhərində soyqırımı aktı törədən Ermənistanın Xarici İşlər Nazirliyi Azərbaycanı sivil normalara və ədəb-ərkana riayət etməməkdə, habelə dözümsüzlükdə ittiham edə biləcək subyektlər sırasında ən sonuncudur.

Üstəlik, Ermənistan XİN-i Azərbaycan hökumətini N.Paşınyanın Xankəndində Ermənistan, Qarabağ və diaspor üçün “birlik, həmrəylik, inkişaf və tərəqqi” mövzusunda etdiyi çıxışının mahiyyətini və məzmununu başa düşməməkdə inandırmağa çalışır. Bu ölkənin baş nazirinin arxasınca, “nəcib niyyətini” oxşar və yöndəmsiz şəkildə izah edən Ermənistan XİN-i faktiki olaraq, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinə münasibətdə rəsmi Ermənistan tərəfindən anneksiya siyasətinin aparıldığını etiraf edir.

Ermənistan tərəfinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üzrə ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesinin məntiqinə xələl gətirən belə bir qeyri-adekvat yanaşmanı nümayiş etdirməsi regional gərginliyə səbəb olur və bunun məsuliyyəti tam şəkildə Ermənistanın üzərinə düşür. Ermənistan XİN-in başa düşməkdə çətinlik çəkdiyi, Azərbaycan Xarici İşlər Nazirliyinin 6 avqust tarixli və kifayət qədər aydın yazılmış bəyanatında məhz bu sözlər qeyd edilir”.

Son xəbərlər

250513 marco rubio ac 956p 007aa1

Biz elə tədbirlər görəcəyik ki, həmin hökumət bunun bədəlini ödəsin

21 May 2025
Andriy yermak

Rusiya oğurladığı uşaqlarıgeri qaytarmasa sülh olmayacaq

21 May 2025
Məhkəme 1111

Məhkəmə Hacı Vəliyevlə bağlı qərar verib

21 May 2025
Imtahan

III qrupa aid altqrupları seçənlər üçün coğrafiya üzrə əlavə imtahan keçiriləcək

21 May 2025
Indir 2025 05 21t160337.618

Gəncədə avtomobillə motosiklet toqquşub

21 May 2025
Logo footer ag

Saytımız 2017-cı ildə “Bölgənin səsi” olaraq yaradılıb, daha sonra rebrendinq edərək “Qərb Xəbər” kimi işinə davam edib. Redaksiya Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy rayonlarını əhatə edir, burada baş verən hadisələri, coğrafiyanın sosial problemlərini, müxtəlif insan hekayələrini xəbər, analitik yazı, müsahibə, açıqlama və reportaj şəklində işıqlandırır.

Məqsədimiz regionda media-platformanın köməyi ilə əhalinin informasiya almaq hüquqlarından istifadə etməsinə yardımçı olmaq, eyni zamanda vətəndaş cəmiyyətinin gücləndirilməsinə və yerli icmaların qərarların qəbulu prosesində iştirak etməsinə dəstək verməkdir! Biz media qurumu olaraq vətəndaş təşəbbüslərinin stimullaşdırılmasını dəstəkləyirik. Devizimiz budur ki, təşəbbüs inkişafın təməlidir!

Hazırda “Qərb Xəbər”in milyon yarımlıq əhatə dairəsi var…

2022-ci ildə redaksiya daha bir yeniliyə imza ataraq “Qərb Radio”nu yaradıb.

Biz ölkədə fəaliyyət göstərən bütün hüququ və fiziki şəxsləri saytımızda reklam yerləşdirməyə dəvət edirik!

© 2022 QərbXəbər – Developed by Arcod Technology

  • +994703208557
  • info@qerbxeber.com
No Result
View All Result
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
    • İdman
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb Xəbər TV

© 2022 QərbXəbər - Developed by Arcod Technology.