Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşəcək.
Qerbxeber.com xəbər verir ki, Sahibə Qafarova və Alen Simonyan arasında görüş mayın 16-da Cenevrədə keçiriləcək.
Görüş mayın 15-18-də parlament sədrlərinin VI Ümumdünya Konfransının hazırlıq komitəsinin iclası çərçivəsində baş tutacaq.
Qeyd edək ki, martın 22-də Parlamentlərarası İttifaqın Cenevrədə keçirilən 148-ci Assambleyası çərçivəsində Azərbaycan və Ermənistan parlament sədrlərinin ikitərəfli görüşü baş tutub.