Elnur nematov 3
Sağlam arıqlamaq üçün nələr etməliyik?- Nutrisoloq Elnur Nemətov
Indir 2025 05 14t102455.579
Göyəzən böyük hesablı qələbə qazandı
Images (81)
PKK özünü ləğv etdi
John bolton 900x600
Rusiya Trampla şanşlarını həddən artıq sınayır-Con Bolton
Qərb Xəbər
No Result
View All Result
Radio Qərb
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
    • İdman
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb Xəbər TV
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
    • İdman
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb Xəbər TV
No Result
View All Result
Qərb Xəbər
Radio Qərb

Azərbaycan və Çin arasında siyasi məsləhətləşmələr keçirilib

2 ay ago
A A
67e67c17d6f5d67e67c17d6f5e174315829567e67c17d6f5b67e67c17d6f5c (1)

26-28 mart 2025-ci il tarixlərində Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədov Çin Xalq Respublikasında səfərdə olub.

XİN-dən Qerbxeber.com  verilən xəbərə görə, 28 mart tarixində Pekin şəhərində Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib. Nümayəndə heyətlərinə Azərbaycan tərəfindən nazir müavini Elnur Məmmədov, Çin tərəfindən xarici işlər nazirinin müavini Liu Bin başçılıq ediblər.

Məsləhətləşmələr zamanı siyasi, iqtisadi, ticarət, energetika, yaşıl keçid, rəqəmsal inkişaf, nəqliyyat-logistika, təhsil, mədəniyyət, turizm və digər sahələrdə əməkdaşlığa dair ətraflı fikir mübadiləsi aparılıb. Yüksək səviyyələrdə qarşılıqlı səfərlərin əhəmiyyəti, onun ikitərəfli əlaqələrin bir çox sahələrinə müsbət təsiri qeyd olunub.

Müzakirələr çərçivəsində, 3 iyul 2024-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ilə Çin Xalq Respublikasının Sədri cənab Si Cinpin arasında keçirilmiş görüş zamanı qəbul olunmuş “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”nin tarixi əhəmiyyəti qeyd olunub.

Bu mühüm siyasi sənədin iki dövlət arasında strateji xarakterli əməkdaşlığın möhkəmləndirilməsi baxımından geniş üfüqlər açdığı vurğulanıb.

Nazir müavini Elnur Məmmədov Azərbaycanın sülh gündəliyi, Ermənistanla normallaşma prosesi və mövcud maneələr, işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işləri və investisiya layihələri haqqında ətraflı məlumat verib.

Görüşdə tərəflər, həmçinin BMT, Şanxay Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq platformalarda əməkdaşlıq, regional məsələlər və qarşılıqlı maraq doğuran mövzular ətrafında fikir mübadiləsi aparıblar.

Nazir müavini Elnur Məmmədov həmçinin 27 mart 2025-ci ildə Çin Kommunist Partiyasının Mərkəzi Komitəsinin Beynəlxalq əməkdaşlıq idarəsinin rəhbərinin müavini Çen Cou ilə görüşüb. Görüş zamanı ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və perspektivləri müzakirə edilib. Dövlət başçıları arasında mövcud olan qarşılıqlı etimad və dostluğun Azərbaycan və Çin arasında əlaqələrin hərtərəfli inkişafının təməli olduğu xüsusilə qeyd olunub.

Nazir müavini Elnur Məmmədov səfər çərçivəsində Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Nurlan Yermekbayev ilə görüşüb və ölkəmiz ilə ŞƏT arasında əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparıb.

Eyni zamanda nazir müavini Elnur Məmmədov Çin və Qloballaşma Mərkəzində qurumun rəhbərliyi və müxtəlif beyin mərkəzlərinin nümayəndələri ilə görüşüb. Azərbaycan Respublikası barədə hərtərəfli məlumat verib, regiondakı mövcud vəziyyət, həmçinin Azərbaycan-Çin əlaqələri barədə danışıb, tədbir iştirakçılarının suallarını cavablandırıb.

Azərbaycan və Çin arasında siyasi məsləhətləşmələr keçirilibAzərbaycan və Çin arasında siyasi məsləhətləşmələr keçirilibAzərbaycan və Çin arasında siyasi məsləhətləşmələr keçirilibAzərbaycan və Çin arasında siyasi məsləhətləşmələr keçirilibAzərbaycan və Çin arasında siyasi məsləhətləşmələr keçirilib

Son xəbərlər

Elnur nematov 3

Sağlam arıqlamaq üçün nələr etməliyik?- Nutrisoloq Elnur Nemətov

14 May 2025
Indir 2025 05 14t114601.996

Tramp Əhməd əl-Şaara ilə görüşüb

14 May 2025
Images (89)

Aİ Rusiyaya qarşı 17-ci sanksiya paketi üçün razılığa gəldilər

14 May 2025
Indir 2025 05 14t102455.579

Göyəzən böyük hesablı qələbə qazandı

14 May 2025
Asif

İstanbulda “rus ruleti”ni kim qazanacaq?

14 May 2025
Logo footer ag

Saytımız 2017-cı ildə “Bölgənin səsi” olaraq yaradılıb, daha sonra rebrendinq edərək “Qərb Xəbər” kimi işinə davam edib. Redaksiya Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy rayonlarını əhatə edir, burada baş verən hadisələri, coğrafiyanın sosial problemlərini, müxtəlif insan hekayələrini xəbər, analitik yazı, müsahibə, açıqlama və reportaj şəklində işıqlandırır.

Məqsədimiz regionda media-platformanın köməyi ilə əhalinin informasiya almaq hüquqlarından istifadə etməsinə yardımçı olmaq, eyni zamanda vətəndaş cəmiyyətinin gücləndirilməsinə və yerli icmaların qərarların qəbulu prosesində iştirak etməsinə dəstək verməkdir! Biz media qurumu olaraq vətəndaş təşəbbüslərinin stimullaşdırılmasını dəstəkləyirik. Devizimiz budur ki, təşəbbüs inkişafın təməlidir!

Hazırda “Qərb Xəbər”in milyon yarımlıq əhatə dairəsi var…

2022-ci ildə redaksiya daha bir yeniliyə imza ataraq “Qərb Radio”nu yaradıb.

Biz ölkədə fəaliyyət göstərən bütün hüququ və fiziki şəxsləri saytımızda reklam yerləşdirməyə dəvət edirik!

© 2022 QərbXəbər – Developed by Arcod Technology

  • +994703208557
  • info@qerbxeber.com
No Result
View All Result
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
    • İdman
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb Xəbər TV

© 2022 QərbXəbər - Developed by Arcod Technology.