Qərb Xəbər
No Result
View All Result
Radio Qərb
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV
No Result
View All Result
Qərb Xəbər
Radio Qərb

Azərbaycan Türkiyəyə 90 müasir modul tipli ev göndərir

1 ay ago
A A
1676465496_63ecc387460c963ecc387460ca167646093563ecc387460c763ecc387460c8

Türkiyə Respublikasında baş vermiş və çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələ qurbanlarına dəstək məqsədilə Azərbaycan Respublikasının şəhər, rayon icra hakimiyyətləri tərəfindən hər gün qardaş ölkəyə humanitar yardımlar göndərilir.

“Qərb Xəbər” bildirir ki, hazırda fəlakət zonasında evsiz-eşiksiz qalmış insanların isti sığınacaqlarla təmin edilməsi ən vacib məsələlərdən biridir.

Bu məqsədlə Azərbaycan Respublikasının şəhər və rayon icra hakimiyyətləri tərəfindən Bakı şəhərində sifariş olunmuş 90 ədəd müasir modul tipli ev hazırlanaraq mərhələli şəkildə Türkiyəyə göndərilir.

Qısa müddətdə və yüksək keyfiyyətlə hazırlanmış 1 və 2 otaqlı belə evlərdə 10-12 nəfərin yaşaması üçün lazımi şərait yaradılıb.

Fevral ayının 13-də modul tipli evlərdən 4-ü Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən yola salınıb, bu gün isə Mingəçevir, Kürdəmir, Goranboy, Cəlilabad və Tərtər İH-lərinin sifarişi ilə hazırlanmış daha 20 ədəd ev qardaş ölkəyə yola salınıb.

Həftənin sonunadək 90 ədəd müasir modul tipli evin hamısı təbii fəlakət bölgələrinə çatdırılacaq.

Həmçinin, İH-lər tərəfindən fəlakətin ilk günlərindən ziyan çəkmiş əhaliyə lazım olan isti paltar, yataq dəstləri, müxtəlif ərzaq və sənaye məhsulları, dərman preparatları, qızdırıcılar, generatorlar, çadırlar alınaraq qardaş ölkəyə göndərilir. İndiyədək 57 şəhər və rayon icra hakimiyyəti tərəfindən təşkil olunan humanitar yardım Türkiyə Respublikasının Kahramanmaraş, Malatya, Adıyaman və digər bölgələrinə yola salınıb.

Şəhər və rayon icra hakimiyyətləri tərəfindən təbii fəlakət bölgəsinə humanitar yardımların göndərilməsi bundan sonra da davam etdiriləcək.

Son xəbərlər

mq2 (5)

Köhnə bolşevikin baxımsız küçəsi – Tovuzdan reportaj

29 Mart 2023
6424367e60c756424367e60c7616800948466424367e60c726424367e60c74

İranda azərbaycanlı müəllimlər etiraza qalxdı

29 Mart 2023
50b96a08-5f42-3a1f-8a05-5936ab0b34d9_850

Ağstafada 14 yaşlı yeniyetmə qətlə yetirilib

29 Mart 2023
mq2 (4)

Turizmin zibillikdən keçən yolu – Qazax

29 Mart 2023
b40fe981-db34-377c-97d8-c4d6fde0d9b7_850

“Turan Tovuz” legioneri ilə müqaviləni uzadıb

29 Mart 2023
logo-footer-ag

Saytımız 2017-cı ildə “Bölgənin səsi” olaraq yaradılıb, daha sonra rebrendinq edərək “Qərb Xəbər” kimi işinə davam edib. Redaksiya Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy rayonlarını əhatə edir, burada baş verən hadisələri, coğrafiyanın sosial problemlərini, müxtəlif insan hekayələrini xəbər, analitik yazı, müsahibə, açıqlama və reportaj şəklində işıqlandırır.

Məqsədimiz regionda media-platformanın köməyi ilə əhalinin informasiya almaq hüquqlarından istifadə etməsinə yardımçı olmaq, eyni zamanda vətəndaş cəmiyyətinin gücləndirilməsinə və yerli icmaların qərarların qəbulu prosesində iştirak etməsinə dəstək verməkdir! Biz media qurumu olaraq vətəndaş təşəbbüslərinin stimullaşdırılmasını dəstəkləyirik. Devizimiz budur ki, təşəbbüs inkişafın təməlidir!

Hazırda “Qərb Xəbər”in milyon yarımlıq əhatə dairəsi var…

2022-ci ildə redaksiya daha bir yeniliyə imza ataraq “Qərb Radio”nu yaradıb.

Biz ölkədə fəaliyyət göstərən bütün hüququ və fiziki şəxsləri saytımızda reklam yerləşdirməyə dəvət edirik!

© 2022 QərbXəbər – Developed by Arcod Technology

  • +994703208557
  • info@qerbxeber.com
No Result
View All Result
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV

© 2022 QərbXəbər - Developed by Arcod Technology.