Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Rusiyanın XİN başçısı Sergey Lavrov və ermənistanlı həmkarı Ararat Mirzoyan arasında görüş keçirilir.
“Qərb Xəbər” məlumat verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarov teleqramda məlumat yayıb.
Qeyd edək ki, görüş Tacikistanın paytaxtı Düşənbədə keçirilən MDB XİN başçıları Şurasının toplantısı çərçivəsində keçirilir.
“Bu gün burada bizim erməni həmkarımız Ararat Mirzoyan ilə üçtərəfli görüş keçirmək, prezidentlərimizin son il yarım ərzində qəbul etdiyi üç üçtərəfli bəyanatların necə həyata keçirildiyini görmək üçün yaxşı imkanımız var”, – S.Lavrov Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla görüşdə deyib.