Qərb Xəbər
No Result
View All Result
Radio Qərb
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV
No Result
View All Result
Qərb Xəbər
Radio Qərb

Azərbaycan Mədəniyyət Nazirliyi Gürcüstanda fəaliyyət göstərən milli rəqs qruplarına geyimlər hədiyyə edib

2 həftə ago
A A
97c69e3356a03e7456285b810990a73c

Azərbaycanın Mədəniyyət Nazirliyinin təqdim etdiyi milli rəqs geyimlərini, səfir Faiq Quliyev Gürcüstanda fəaliyyət göstərən milli rəqs qruplarına təqdim edib.

“Qərb Xəbər” 24News.ge”yə istinadən xəbər verir ki, 40 dəst kişi və qadın milli geyimləri ölkədə fəaliyyət göstərən “Ceyran” və “Sarvan” ansamblları, rəqs dərnəklərinin olduğu “Çay Evi” mərkəzi və “Yeni Düşüncə İnstitutu” təşkilatına təqdim olunub. Təqdimetmə mərasimində çıxış edən səfir Faiq Quliyev bildirib ki, Azərbaycanın Gürcüstandakı səfirliyi bu ölkədə milli-mədəni irsimizin, dəyərlərimizin, mədəniyyətimizin təbliği, inkişafı və bu işdə soydaşlarımızın rolunun artırılması ilə bağlı layihə həyata keçirir. O qeyd edib ki, səfirliyinin həyata keçirdiyi layihə əsasında ilk öncə Azərbaycan və dünya ədəbiyyatına aid 3 minə yaxın kitab icma mərkəzlərinə təqdim edilib, hazırda isə milli, mədəni fəaliyyətlə məşğul olan soydaşlarımıza Azərbaycanın milli geyimləri təqdim olunub.

Səfirin sözlərinə görə, icmanın müraciətində 100 dəst rəqs paltarı xahiş olunub və yerdə qalan dəstlərin növbəti aylarda əldə olunacağı gözlənilir. Səfir həmçinin gələcəkdə azərbaycanlı icmaya bu cür dəstək tədbirlərinin davam etdiriləcəyini vurğulayıb.

Tbilisidə fəaliyyət göstərən “Ceyran” rəqs ansamblının rəhbəri Ceyran Qurbanova, Marneulidəki “Sarvan” rəqs ansamblının rəhbəri Cəmilə Məmmədova (Sarvanqızı), Marneulidəki “Çay Evi”nin layihə rəhbəri Emin Əhmədov, “Yeni Düşüncə İnstitutu”nun rəhbəri Ariz Daşdəmirov və başqaları çıxış edərək göstərilən diqqət və qayğıya görə, Azərbaycan dövlətinə və səfirliyə minnətdarlıq ediblər.

 

Son xəbərlər

460f3d0c-edf3-38f3-b503-cb9463d7ee41_850

Gəncə Şəhər Məhkəməsinə sədr, sədr müavini və hakimlər təyin edilib

01 İyul 2022
ilkin-suleymanov

Prezident İlkin Suleymanovu həbs edən hakimi işdən çıxardı

01 İyul 2022
indir (6)

Nazir: “Meymunçiçəyi virusuna qarşı heç bir vaksinasiya nəzərdə tutulmur”

01 İyul 2022
ccaac482-6c13-3267-8110-61d4b983f935_850

Azərbaycanda hərbi xidmətə növbəti çağırış başlayıb

01 İyul 2022
hava

İyul ayına olan hava proqnozu açıqlanıb

01 İyul 2022
logo-footer-ag

Saytımız 2018-cı ildə “Bölgənin səsi” olaraq yaradılıb, daha sonra rebrendinq edərək “Qərb Xəbər” kimi işinə davam edib. Redaksiya Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy rayonlarını əhatə edir, burada baş verən hadisələri, coğrafiyanın sosial problemlərini, müxtəlif insan hekayələrini xəbər, analitik yazı, müsahibə, açıqlama və reportaj şəklində işıqlandırır.

Məqsədimiz regionda media-platformanın köməyi ilə əhalinin informasiya almaq hüquqlarından istifadə etməsinə yardımçı olmaq, eyni zamanda vətəndaş cəmiyyətinin gücləndirilməsinə və yerli icmaların qərarların qəbulu prosesində iştirak etməsinə dəstək verməkdir! Biz media qurumu olaraq vətəndaş təşəbbüslərinin stimullaşdırılmasını dəstəkləyirik. Devizimiz budur ki, təşəbbüs inkişafın təməlidir!

Hazırda “Qərb Xəbər”in milyon yarımlıq əhatə dairəsi var…

2022-ci ildə redaksiya daha bir yeniliyə imza ataraq “Qərb Radio”nu yaradıb.

Biz ölkədə fəaliyyət göstərən bütün hüququ və fiziki şəxsləri saytımızda reklam yerləşdirməyə dəvət edirik!

© 2022 QərbXəbər – Developed by Arcod Technology
  • +994504089711
  • +994222955493
  • info@qerbxeber.com
No Result
View All Result
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV

© 2022 QərbXəbər - Developed by Arcod Technology.