Qerbxeber.com nGürcüstan mediasına istinadla xəbər verir ki, rəsmi açıqlamaya görə, Gürcüstan məsələləri üzrə məruzəçilər Klod Kern (Fransa, ALDE) və Edite Estrella (Portuqaliya, SOC) müxalifətin və etiraz aksiyalarının iştirakçılarının saxlanmasından ciddi narahatlıq keçirirlər. Onlar, həmçinin, polisin müxalifət ofislərinə basqın etməsini də narahatlıqla qarşılayıblar.
“Həbslər zamanı polis zorakılığı və həddindən artıq güc tətbiqi ilə birlikdə bu, siyasi motivli təqiblər və hüquqi dövlətə əsaslanan demokratik cəmiyyətdə yeri olmayan ədalətin mümkünlüyü barədə suallar doğurur. Görünür ki, polis zorakılığı və etirazçılara və jurnalistlərə qarşı həddindən artıq güc tətbiqinə görə cəzasızlıq hissi var ki, bu da qəbuledilməzdir”, – onlar bildiriblər.