Avropa Parlamenti Ermənistana Avropa İttifaqı üzvlüyünə namizəd statusunun verilməsi imkanına baxılmasını təklif edən qətnamə qəbul edib.
Qerbxeber.com xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Qətnamənin lehinə 504 deputat, əleyhinə 4 deputat səs verib.
32 deputat isə bitərəf qalıb.
“Əgər Ermənistan namizəd statusu almaqda maraqlıdırsa və sabit islahatlar, demokratiyasını möhkəmləndirmək yolunda davam etsə, bu, Aİ-Ermənistan münasibətlərində yeni mərhələ ola bilər”, – sənəddə deyilir.