UEFA Avropa Liqasının pley-off mərhələsinin püşkatma mərasimi keçirilib.
Qerbxeber.com məlumatına görə, UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində baş tutacaq “Qarabağ” – “Ludoqorets” (Bolqarıstan) cütünün qalibi “Dinamo” Zaqreb komandası ilə qarşılaşacaq.
Məğlub komanda “Petrokub” (Moldova) – TNS (Uels) cütündə qalib gələn kollektivlə qarşılaşacaq.
Qeyd edək ki, Avropa Liqasının III təsnifat mərhələsinin matçları avqustun 8-də və 15-də baş tutacaq.