Avropa Komissiyası Macarıstan üçün nəzərdə tutulmuş təxminən 10 milyard avronu sərbəst buraxdığını elan edib.
“Qərb Xəbər” məlumat verir ki bununla bağlı Avropa Komissiyası bəyanat yayıb.
Bildirilib ki, bu Macarıstanda qanunun aliliyi prinsipinin pozulması ilə bağlı Avropa Komissiyasının dondurmuş olduğu ümumi məbləğinin təxminən üçdə biridir.
Komissiya bildirib ki, Macarıstan bir sıra məhkəmə islahatlarını həyata keçirib və maliyyələşmənin bir hissəsini əldə etmək imkanı qazanıb.
Bəyanatda deyilib ki bununla bağlı hərtərəfli qiymətləndirmələr aparılıb və Macarıstan hökuməti ilə bəzi mübadilələr həyata keçirilib.
Qeyd olunub ki Macarıstan Aİ Əsas Hüquqlar Xartiyasındakı məhkəmələrin müstəqilliyi ilə bağlı öz üzərinə götürdüyü öhdəlikləri görüb.
Komissiyanın bu qərarını tənqid edənlər bildirirlər ki, maliyyə vəsaitlərinin üzərindən blokun götürülmsəi Macarıstanın baş naziri Viktor Orbanı Aİ liderlərinin sabahdan etibarən başlayacaq sammitində qəbul etməyi planlaşdırdıqları Ukrayna ilə bağlı əsas qərarlardakı blokunu aradan qaldırmağa inandırmaq üçün tələsik verilib.