Avropa Birliyi (AB) Rusiyanın enerji daşıyıcıları idxalına qadağa qoymaq niyyətində deyil.
“Qərb Xəbər” məlumat verir ki, bunu AB-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali komissarı Cozef Borrel bildirib.
Qeyd edək ki, bir qədər əvvəl ABŞ prezidenti Co Bayden Rusiyadan enerji daşıyıcıları idxalına qadağa qoyduğunu bəyan edib. O, avropalı tərəfdaşlarının bu qadağaya qoşulmamasını anlayışla qarşılayacağını qeyd edib.