Bu gün AVRO-2024-ün seçmə mərhələsində V turun görüşləri keçiriləcək.
“Qərb Xəbər” bildirir ki, ilk oyun günündə dörd qrupda ümumilikdə doqquz qarşılaşma baş tutacaq.
B qrupunun favoritlərindən Fransa millisi İrlandiyanı, Niderland yığması isə Yunanıstanı qəbul edəcək.
E qrupunun lideri Çexiya seçməsi doğma azarkeşləri qarşısında ikinci sırada yer alan Albaniya kollektivi ilə üz-üzə gələcək. Polşa isə evdə Farer adalarını sınağa çəkəcək.
G qrupunda Monteneqro Litvanın, Macarıstan isə Serbiyanın qonağı olacaq.
H qrupunda üç oyun keçiriləcək. Hərəyə doqquz xalla qrupda ilk iki sıranı bölüşdürən Finlandiya və Qazaxıstan yığmaları vahid liderlik uğrunda mübarizə aparacaqlar. Qrupun digər oyunlarında isə Danimarka San Marino ilə, Sloveniya Şimali İrlandiya ilə qarşılaşacaq.
AVRO-2024, seçmə mərhələ
V tur
B qrupu
22:45. Fransa – İrlandiya
22:45. Niderland – Yunanıstan
Xal durumu: Fransa – 12 (4 oyun), Yunanıstan – 6 (3), İrlandiya – 3 (3), Niderland – 3 (2), Cəbəllütariq – 0 (4)
E qrupu
22:45. Çexiya – Albaniya
22:45. Polşa – Farer adaları
Xal durumu: Çexiya – 7 (3 oyun), Albaniya – 6 (3), Moldova – 5 (4), Polşa – 3 (3), Farer adaları – 1 (3)
G qrupu
20:00. Litva – Monteneqro
22:45. Serbiya – Macarıstan
Xal durumu: Macarıstan – 7 (3 oyun), Serbiya – 7 (3), Monteneqro – 4 (3), Bolqarıstan – 2 (4), Litva – 1 (3)
H qrupu
18:00. Qazaxıstan – Finlandiya
22:45. Danimarka – San Marino
22:45. Sloveniya – Şimali İrlandiya
Xal durumu: Finlandiya – 9, Qazaxıstan – 9, Danimarka – 7, Sloveniya – 7, Şimali İrlandiya – 3, San-Marino – 0