Ermənistan istənilən an Türkiyə ilə sərhədləri açmağa və münasibətləri nizamlamağa hazırdır.
“Qərb Xəbər” “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.
“Siz Ermənistan tərəfinin yanaşmasını bilirsiniz. Bununla bağlı biz reallaşma müddətini elan etməmişik. İki razılaşmamız var və onlardan biri üçüncü ölkə vətəndaşlarına şamil edilir”, – Qriqoryan bildirib.
O, bu addımlar üçün konkret tarixin bəlli olmadığını, tərəflərin danışıqları davam etdirdiyini qeyd edib.
APA