Azərbaycanda kənd təsərrüfatı istehsalçılarının torpaq vergisi istisna olmaqla bütün vergilərdən azad olunmasına, dövlətin bu sahədə çalışanlara subsidiyalar verməsinə, onların bir sıra əlavə güzəştlərdən və yardımlardan istifadə etməsinə baxmayaraq, aqrar sahədə vergi hesabatlılığı günün tələblərinə cavab vermir.
Bunu vergilər nazirinin müavini Sahib Ələkbərov bildirib.
Kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində vergi uçotunun dürüstləşdirilməsi və şəffaflaşdırılması ilə bağlı görülməsi zəruri olan işlər barədə danışan nazir müavini deyib ki,müxtəlif dövlət orqanlarına və bələdiyyələrə təqdim olunan hesabatlardakı rəqəmlər arasında ciddi uyğunsuzluqlar mövcuddur.
“Həmin uyğunsuzluqların aradan qaldırılması üçün digər aidiyyəti dövlət qurumları ilə birlikdə böyük layihə hazırlanıb və ilkin olaraq bu işlərə Şamaxı rayonunda başlanılması qərara alınıb”, – o qeyd edib.