Qərb Xəbər
No Result
View All Result
Radio Qərb
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV
No Result
View All Result
Qərb Xəbər
Radio Qərb

Ankarada Əhməd Cavadın heykəlinin açılışı olub

9 ay ago
A A
7e6056f7-a19a-337d-b77c-4d6f6fdf7fc5_850

Türkiyənin paytaxtı Ankarada Azərbaycanın görkəmli şairi, tanınmış maarifçi və ictimai xadim Əhməd Cavadın heykəlinin açılışı olub.

“Qərb Xəbər”in xəbərinə görə, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyi məlumat yayıb.

“Bu gün Türk Tarixi Muzeyi və Parkında Azərbaycanın istiqlal şairi Əhməd Cavadın anadan olmasının 130-cu ildönümünə həsr olunmuş anım mərasimi keçirilib və onun xatirəsinə ucaldılmış heykəlinin açılış mərasimi olub”, – səfirliyin məlumatında vurğulanıb.

Qeyd edək ki, Əhməd Cavad 1893-cü il mayın 5-də Gəncə qəzasının Seyfəli kəndində anadan olub. Balkan müharibəsi dövründə o, əsasən azərbaycanlılardan ibarət xüsusi bir Qafqaz könüllü dəstəsinin tərkibində Osmanlı tərəfində cəbhəyə savaşmağa gedib.

Türkiyədə böyük şöhrət qazanmış və Üzeyir Hacıbəyovun 1918-ci ildə Qafqaz İslam Ordusu Bakını azad etdikdən sonra musiqisini bəstələdiyi “Çırpınırdı Qara dəniz” şeiri Türkiyədə ən çox “Yol ver türkün bayrağına” adıyla məşhurdur.

Azərbaycanın Sovet işğalından sonra müxtəlif təzyiqlərə məruz qalan Əhməd Cavad sonda həbs edilir. 1937-ci ildə şairə qarşı irəli sürülən saxta ittihama əsasən oktyabrın 12-də hökm oxunub. Başlanan məhkəmə cəmi 15 dəqiqə davam edib və oktyabrın 12-dən 13-nə keçən gecə şair güllələnib.

Son xəbərlər

63dea3bae48c863dea3bae48c9167553529063dea3bae48c663dea3bae48c7

ABŞ kosmik müharibəyə hazırlaşır

05 Fevral 2023
16754148967051944_1200x630

Tovuzlu gənc rubik kubunu yığan robot düzəldib

05 Fevral 2023
FotoJet (9)

DİN: Tovuz sakinin Kürdə batması ilə bağlı araşdırma aparılır

05 Fevral 2023
bıçaqqqqqqqqqq

Şəmkirdəki dəhşətli qətlin təfərrüatları

04 Fevral 2023
indir - 2023-02-04T140245.799

Qobustan qoruğu haqqında məlumat

04 Fevral 2023
logo-footer-ag

Saytımız 2017-cı ildə “Bölgənin səsi” olaraq yaradılıb, daha sonra rebrendinq edərək “Qərb Xəbər” kimi işinə davam edib. Redaksiya Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy rayonlarını əhatə edir, burada baş verən hadisələri, coğrafiyanın sosial problemlərini, müxtəlif insan hekayələrini xəbər, analitik yazı, müsahibə, açıqlama və reportaj şəklində işıqlandırır.

Məqsədimiz regionda media-platformanın köməyi ilə əhalinin informasiya almaq hüquqlarından istifadə etməsinə yardımçı olmaq, eyni zamanda vətəndaş cəmiyyətinin gücləndirilməsinə və yerli icmaların qərarların qəbulu prosesində iştirak etməsinə dəstək verməkdir! Biz media qurumu olaraq vətəndaş təşəbbüslərinin stimullaşdırılmasını dəstəkləyirik. Devizimiz budur ki, təşəbbüs inkişafın təməlidir!

Hazırda “Qərb Xəbər”in milyon yarımlıq əhatə dairəsi var…

2022-ci ildə redaksiya daha bir yeniliyə imza ataraq “Qərb Radio”nu yaradıb.

Biz ölkədə fəaliyyət göstərən bütün hüququ və fiziki şəxsləri saytımızda reklam yerləşdirməyə dəvət edirik!

© 2022 QərbXəbər – Developed by Arcod Technology

  • +994703208557
  • info@qerbxeber.com
No Result
View All Result
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV

© 2022 QərbXəbər - Developed by Arcod Technology.