Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi Agentliyinin (ANAMA) Mətbuat xidməti 26 oktyabr 2023-cü il tarixində Tərtər rayonunun işğaldan azad edilmiş ərazisində baş vermiş mina hadisəsi ilə bağlı məlumat yayıb.
Bu,barədə “Qərb Xəbər” agentliyin resmi internet sehifesinə istinadən xəbər verir. Məlumata görə, tank əleyhinə minanın partlaması nəticəsində traktorçu, 1970-ci il təvəllüdlü Cəlilabad rayon sakini Elçin Xanbala oğlu Nurəliyev xəsarət alıb. Yaralının sağ qolu amputasiya edilib. ANAMA bir daha vətəndaşları təhlükəli ərazilərə daxil olmamağa, məsuliyyətli davranmağa və tələb olunan təhlükəsizlik qaydalarına əməl etməyə çağırır!
Mələk.M