2020-ci ilin noyabr ayından etibarən işğaldan azad edilmiş ərazilərdə 118 min hektardan çox ərazi minalardan təmizlənib.
“Qərb Xəbər” məlumat verir ki, bunu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov jurnalistlərə açıqlamasında deyib.
O, minatəmizləmə əməliyyatları nəticəsində 18 mindən çox piyada əleyhinə, 31 mindən çox tank əleyhinə mina və 60 mindən çox partlamamış hərbi sursatın aşkarlanaraq zərərsizləşdirildiyini qeyd edib.
Vüqar Süleymanovun sözlərinə görə, 2020-ci ildən bu günə qədər 341 nəfər minaya düşüb, onlardan 65 nəfəri həlak olub.