Qərb Xəbər
No Result
View All Result
Radio Qərb
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV
No Result
View All Result
Qərb Xəbər
Radio Qərb

Ana dili haqqı – bunu danan terrorçu-faşist rejim – Şərh

4 həftə ago
A A
5c748dc0-7321-36d9-8f82-4968f74569e0_850

Hər kəsin Ana dili özü üçün əziz, vacib faktordur. Ana dili dünya mədəniyyətinin özəyidir. Onu öldürmək, yaxud yasaqlamaq mədəni terror, cinayətdir. Məsələn, latın dilində danışan etnik qrup yaşamasa da, yazılı ədəbiyyat onu qoruyur, yaşadır. Deməli, dilin yaşaması üçün tədrisi, yazılı ədəbiyyatının olması vacibdir.

Dünya insanlar arasında ünsiyyətin bu vacib elementini ötən əsrin sonlarında Ana dilinə ildə bir gün həsr etməklə qiymətləndirib. Beynəlxalq Ana Dili Günü UNESCO-nun 1999-cu ilin noyabrında keçirilən Baş Konfransının 30-cu sessiyasında təsis olunub. 2000-ci il fevralın 21-dən isə dünyada dil və mədəniyyət rəngarəngliyini qoruyub saxlamaq üçün bu gün qeyd edilir.

Azərbaycan türkcəsi, Azərbaycan dili də dünya mədəniyyətinin təmsilçilərindəndir. Bu dildə çoxsaylı elmi, ədəbi və başqa sahələr üzrə milyonlarla kitablar yazılıb. Başqa dillərdən neçə-neçə qiymətli əsərlər, məlumatlar Azərbaycan türkcəsinə tərcümə edilib. Bu dildə 50 milyondan çox insan danışır. Başqa sözlə, bu sayda insan Azərbaycan mədəniyyətinin daşıyıcısı, təmsilçisidir.

4341fb4a-9c4f-38f9-ace6-a2b6d2319f30

Bu gün Azərbaycan türkcəsində ən çox İranda danışırlar. Tehran İstanbuldan sonra türkcə ən çox danışılan şəhərdir. Ancaq bu ölkədəki rejim konstitusiyada təsbit edilən hüquqları belə təmin etmir. Əsas Qanunun preambulasında bildirilib ki, konstitusiya mənbəyini Qurandan, Məhəmməd peyğəmbərin hədislərindən və İmam Əlinin çıxışlar toplusu sayılan “Nəhcül-bəlağə”dən götürüb. Tehran rejimi dil, milli bərabərlik və mədəniyyətlə bağlı müddəalara əməl etməməklə həm də Qurana və başqa müqəddəs saydığı mənbələrə qarşı çıxır. Bu hakimiyyət belə davranışı ilə Rza şah və Məhəmmədrza şah pəhləvilərin türklərə qarşı assimilyasiya siyasətini davam etdirir. Bu rejim fars olmayanların milli-mədəni haqqını danıb təmin etməməklə şeytan saydıqları pəhləviləri təkrarlayır. Pəhləvilər və onların formalaşdırdığı panfarsizm türkləri bir etnos olaraq qəbul etmirdi. Onlar bu etnosun “farsların törəmələri” olduğunu iddia edirlər.,

Yeri gəlmişkən, Məhəmmədhüseyn Şəhriyar 1969-cu ildə “Türk dili” şeirində belə yazmışdı:

“Türkün dili tək sevgili, istəkli dil olmaz,

Özgə dilə qatsan, bu əsil dil əsil olmaz…

…Fars şairi çox sözlərini bizdən aparmış,

Sabir kimi bir süfrəli şair pəxil olmaz…”

f7ddeaab-b394-3d3c-b3cb-0bd9672484c5

İranda bir-birini əvəzləyən panfarsçıların milliəritmə siyasətindən qorunmaq, öz milli mədəniyyətini inkişaf etdirmək, dilini yaşatmaq üçün Güney Azərbaycan türkləri daim mübarizə aparıb. Şeyx Məhəmməd Xiyabaninin Azadistanı, Seyid Cəfər Pişəvərinin Azərbaycan Milli Hökuməti bunu təsdiqləyir. 1979-cu ilin fevral inqilabında da Azərbaycan türklərinin milli haqlarının təmini məsələsi tələblərdən biri olub. “Xəlqe-Müsəlman” hərəkatının fəaliyyətini xatırlamaq yetər. Sonrakı illərdə Tehran rejimi konstitusiyaya əməl etməsi ilə bağlı Güney azərbaycanlı ziyalıların çoxsaylı müraciətlərini qulaqardına vurub. Ötən illərdə Azərbaycan türkcəsi, mədəniyyəti ayrı-ayrı aydınların fədakarlığı nəticəsində inkişaf edib, yaşayıb, yabanı fars dilindən qorunub. Doktor Cavad Heyətin “Varlıq” dərgisi Azərbaycan türkünün dili və mədəniyyətinin tək-tük daşıyıcılarından, qoruyucularından olub.

6a234e02-095b-3f7b-b2c3-bc406c04f2b6

Azərbaycan türkləri bu gün də dil haqqını tələb edir. “Traktor” futbol klubunun oyunlarında səslənən şüarları buna örnək göstərmək olar. Babək qalasına yürüşlərdə Azərbaycan türkləri dünyaya pozulan milli haqları ilə bağlı car çəkib. Tehranın insanlıqdan uzaq fəaliyyətinə qarşı Güney Azərbaycan türklərinin mübarizəsi davam edir. Son etiraz aksiyalarında da Güneyin şəhər və rayonlarında “Azadlıq, ədalət, milli hökumət!” şüarını örnək göstərmək olar.

e25bb2df-e196-3991-91f7-65eac57d3d12

İrandakı hakimiyyət siyasi-ideologiyasını dünyaya sırıyaraq milli təhlükəsizliyini təmin etmək adı altında terrorçuluğu dəstəkləyir, ona sponsorluq edir. Beynəlxalq ictimaiyyət bu əməlinə görə də onu sanksiyaya məruz qoyur. Ancaq bu rejim həm də milli-mədəni hüquqlarını pozub tapdamaqla fars olmayan etnosları assimilyasiya etməyə səy göstərir, cinayət törədir. O, din pərdəsi adı altında iddia etdiyi ariaçılıq ideyasını ölkədə tətbiq edir. Tehranın, paniranist və panfarsçıların ariaçılığı Hitler faşizminin təkrarıdır. Odur ki, İrandakı hakimiyyət terrorçu-faşist rejimi adlansa, daha məntiqli olardı.

Report.az

Son xəbərlər

xin

Rəsmi Bakıdan Ermənistana sərt xəbərdarlıq

21 Mart 2023
tehran_iran

İrana PUA-lara görə sanksiyalar tətbiq edildi

21 Mart 2023
futbol

FIFA “Qalatasaray”a transfer qadağası qoydu

21 Mart 2023
joe biden

Bayden Novruz bayramı ilə bağlı paylaşım edib

21 Mart 2023
novruz_semeni_190315 (1)

Bu gün Novruz bayramıdır

20 Mart 2023
logo-footer-ag

Saytımız 2017-cı ildə “Bölgənin səsi” olaraq yaradılıb, daha sonra rebrendinq edərək “Qərb Xəbər” kimi işinə davam edib. Redaksiya Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy rayonlarını əhatə edir, burada baş verən hadisələri, coğrafiyanın sosial problemlərini, müxtəlif insan hekayələrini xəbər, analitik yazı, müsahibə, açıqlama və reportaj şəklində işıqlandırır.

Məqsədimiz regionda media-platformanın köməyi ilə əhalinin informasiya almaq hüquqlarından istifadə etməsinə yardımçı olmaq, eyni zamanda vətəndaş cəmiyyətinin gücləndirilməsinə və yerli icmaların qərarların qəbulu prosesində iştirak etməsinə dəstək verməkdir! Biz media qurumu olaraq vətəndaş təşəbbüslərinin stimullaşdırılmasını dəstəkləyirik. Devizimiz budur ki, təşəbbüs inkişafın təməlidir!

Hazırda “Qərb Xəbər”in milyon yarımlıq əhatə dairəsi var…

2022-ci ildə redaksiya daha bir yeniliyə imza ataraq “Qərb Radio”nu yaradıb.

Biz ölkədə fəaliyyət göstərən bütün hüququ və fiziki şəxsləri saytımızda reklam yerləşdirməyə dəvət edirik!

© 2022 QərbXəbər – Developed by Arcod Technology

  • +994703208557
  • info@qerbxeber.com
No Result
View All Result
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV

© 2022 QərbXəbər - Developed by Arcod Technology.