İsrailin Qəzza zolağının mərkəzindəki Deyr əl-Bələh şəhərinə endirdiyi aviazərbələr nəticəsində azı 18 dinc sakin həlak olub.
Qerbxeber.com xəbər verir ki, bu barədə “Al Jazeera“ telekanalı məlumat yayıb.
Bildirilib ki, İsrailin intensiv aviazərbələri nəticəsində çoxlu sayda yaralı da var.
Zərərçəkənlər xəstəxanaya çatdırılıb.
Bundan əlavə, “Al Jazeera“ Qəzza zolağının cənubundakı Xan Yunis şəhərində yerləşən Nasser Tibb Mərkəzi və Fələstin anklavının şimalındakı Əl-Şifa xəstəxanasının intensiv artilleriya atəşinə tutulduğunu və bombardman edildiyini bildirib.