Aktual.ge xəbər verir ki, bu barədə TASS-a Aİ ölkələrindən birinin nümayəndə heyətindəki mənbə məlumat verib.
“Bəli, daimi nümayəndələr bu gün səhər Gürcüstanın diplomatik pasportları üçün vizasız rejimin dayandırılması barədə qərarı razılaşdırıblar”, – o bildirib.
Diplomatın sözlərinə görə, bu qərar Aİ Şurası tərəfindən rəsmən təsdiqlənməlidir və bu, Aİ ölkələrinin 27 xarici işlər nazirinin yanvarın 27-də keçiriləcək iclasında edilə bilər.